“Dəmir kansler”dən XƏBƏRDARLIQ: növbəti iqtisadi böhran gəlir

Böyük Britaniyanın keçmiş baş naziri Qordon Braun xəbərdarlıq edib ki, növbəti potensial maliyyə böhranı Asiyadan gələ bilər.

 

Modern.az saytının məlumatına görə, Braun bildirib ki, Asiya bankları “kölgə bankçılığı” olaraq bilinən formal tənzimləmə nəzarətinin subyekti deyil. 

 

Eks baş nazir hesab edir ki, əgər böhran başlasa, borclarla bağlı problem yaşanacaq. Yəni maliyyə qurumları borcların müəyyənləşdirilməsi məsələsində çətinlik çəkəcək.

 

Qordon Braun G20 ölkələrinə çağırış edib və bildirib ki, onlar bütün maliyyə risklərini yaxından təqib etməlidir.

 

O həmçinin maliyyə qurumları, hökumət və banklar arasında iqtisadi risklərin araşdırılması, qiymətləndirilməsi üçün birgə nəzarət qrupunun yaradılmasını təklif edib.

 

Xatırladaq ki, 1997-2007-ci illərdə Britaniyanın maliyyə naziri vəzifəsində işləyən Qordon Braunu iqtisadiyyat sahəsində əldə olunan nailiyyətlərə görə "Dəmir kansler" adlandırmışdırlar.

 

O, 2007-2010-cu illərdə isə Böyük Britaniyanın baş naziri olub.

Çox oxunan xəbərlər
Son xəbərlər

17.06.2019

16.06.2019

15.06.2019

14.06.2019

Müsahibələr
Arxiv
Iyun 2019
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az