TANAP-ın tikintisi müvəqqəti dayandırıldı

Trans-Anadolu Təbii Qaz Boru Xətti Layihəsinin (TANAP) tikintisi çərçivəsində Kütahyanın Domaniç kəndində Roma dövrünə aid qəbirlər aşkarlanıb. 

Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, TANAP layihəsi üzrə təbii qaz borularının yerləşdirilməsi zamanı arxeoloji qalıqlara rast gəlinib. Vəziyyətlə bağlı  Kütahya Muzeyinin rəhbərliyinə məlumat verilib.

Təbii qaz boru xəttinin tikintisi yönündə qazma işlərinə fasilə verilib. Arxeoloqlar tərəfindən qazıntı işlərinə başlanılıb.

Kütahya muzeyinin direktoru Mətin Türktüzün açıqlamasına görə, qazıntı işlərinə başlanılan sahə 100 metr uzunluğunda və 5 metr genişliyindədir: "Ərazidə II və III əsrə aid Roma dövründə yaşayan insanların məzarları olduğunu düşünürük. Kirəmit şəklində 5 məzar artıq çıxarılıb. Tapılan məzarlarda qadın, kişi və uşaq cəsədləri var". 

Muzey rəhbərliyi bəyan edib ki, ərazi tarixi əhəmiyyət daşıdığından TANAP layihəsi çərçivəsində tikinti-qazma işləri çox diqqətli aparılır. 

Qeyd edək ki, TANAP Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz-2" yatağından çıxarılan qazı Türkiyəyə və qardaş ölkədən də Avropaya nəql edəcək  "Cənub Qaz Dəhlizi"nin tərkib hissəsi olan digər layihədir. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə TAP qaz boru kəmərinə birləşəcək. 

Çox oxunan xəbərlər
Son xəbərlər

22.10.2017

21.10.2017

20.10.2017

Müsahibələr
Arxiv
Oktyabr 2017
B.eÇ.aÇC.aCŞB
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az