Rusiyada yeni devalvasiya qaçılmazdır

 Oktyabr ayının sonunda Rusiyada illik inflyasiyanın 3%-dən aşağı düşməsi gözlənilir. "Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, bu proqnoz Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin tərəfindən Ümumdünya Ticarət Təşkilatının (ÜTT) nazirlər səviyyəsində keçirdiyi konfransında səsləndirilib.

"Prinsip etibarı ilə inflyasiya tendensiyası yumşaqdır. Proqnozlarımıza görə, inflyasiya oktyabrın yekununda illik 3% həddindən aşağı olacaq. Bu isə hədəfimizdən 1 faiz bəndi aşağıdır və yaxşı hal kimi qəbul edilmir", - deyə M.Oreşkin qeyd edib.

Nazirin sözlərinə görə, Rusiya Bankı (Mərkəzi Bank) artıq vəziyyətə reaksiya göstərib və sentyabrda uçot dərəcəsini azaldıb. Rusiyada artıq ardıcıl iki aydır ki, deflyasiya baş verir. Avqustda qiymətlər 0,5%, sentyabrda isə 0,1% azalma göstərib.

"Report"un analitik qrupu bildirir ki, Rusiyada deflyasiyanın qarşısının alınması üçün pul kütləsinin artırılması tələb olunsa da, Rusiya Bankı bu addımı atmaq istəmir: "Çünki, pul kütləsinin artırılması son nəticədə iqtisadi şərait pisləşdikdə xarici valyutaya tələbatı artırır və valyuta ehtiyatlarının azalmasına gətirib çıxarır. İnflyasiyanı artırmaq üçün hökumətin əlində yeganə alət devalvasiyadır. Qısamüddətli perspektivdə Rusiyada dolların bahalaşması qaçılmazdır".

Çox oxunan xəbərlər
Son xəbərlər

22.10.2017

21.10.2017

20.10.2017

Müsahibələr
Arxiv
Oktyabr 2017
B.eÇ.aÇC.aCŞB
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az