Bakıda kirayə evlərin qiyməti qalxdı

“Ötən ayın yekunlarına görə kirayə mənzil bazarında 4,63 faiz qiymət artımı müşahidə edilib. İlin əvvəli ilə müqayisə etsək 0,21 faiz artım olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 3,1 faiz artım qeydə alınıb”.

Bu sözləri Modern.az-a açıqlamasında “MBA” Consaltinq şirkətinin rəhbəri, daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov bildirib.

Onun sözlərinə görə, 2015-ci il və 2016-cı ilin birinci yarısında kirayə mənzil bazarında əhəmiyyətli dərəcədə qiymət azalması müşahidə edilib. “Həmin dövrlərdə kirayə mənzil bazarında ucuzlaşma 17-18 faiz olub. 2016-cı ilin sonlarında və 2017-ci ilin əvvəllərinə qiymətlər yenidən artmağa başlayıb.

Bu insanların ödəmə qabiliyyətlərinin yaxşılaşması və pilot layihələrin həyata keçirilməsi nəticəsindədir. Pilot layihələrdə binaları tikənlər öhdəlik götürür.  2 il ərzində mənzillə təmin edilməsi və bu müddətə qədər sakinlərin kirayə mənzillərdə yerləşdirilməsi pilot layihələri həyata keçirən icraçı təşkilatların üzərinə düşür. Bütün bunlar son nəticədə qiymətlərin stabilləşməsinə gətirib çıxarır.

N.İbrahimovun sözlərinə görə,  avqust-sentyabr aylarında daha çox kirayə mənzillərinə görə tələbələr müraciət edib.

“Tələbələr adətən şəhərin 2-ci zonasına, qismən də 3-cü zonasını əhatə edir. Tələbələrin kirayə tutduqları mənzillər adətən metroların və təhsil ocaqlarının yaxınlığında olur. Onlar üçün mövsümü aylar əsasən avqust ayının 3-cü həftəsi, sentyabr və oktyabr  ayları sayılır. Qalan aylar isə qeyri-mövsüm ayları sayılır”.

Ekspert deyib ki, iş adamları üçün mövsümü aylar sentyabr və yaz, yay ayları sayılır.

“Həmin dövrlərdə əsasən regiondan şəhərə işləməyə gəlirlər. Qış aylarını çıxmaqla pilot layihəsini həyata keçirən şirkətlər üçün mövsümü aydır. Əsasən yanvar və fevral ayları kirayə mənzil bazarı üçün qeyri-mövsümü aylar sayılır”.

Çox oxunan xəbərlər
Son xəbərlər

22.10.2017

21.10.2017

20.10.2017

Müsahibələr
Arxiv
Oktyabr 2017
B.eÇ.aÇC.aCŞB
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az