IMF: 5 ildə Azərbaycanda ÜDM 34% artacaq

Azərbaycanda adambaşına ÜDM-in həcmi illik müqayisədə 140 ABŞ dolları və ya 3,5% artaraq 2017-ci ilin yekununda 4 100 dollara çatacağı gözlənilir. "Report" xəbər verir ki, bu proqnoz Beynəlxalq Valyuta Fondu (IMF) tərəfindən verilib.

Proqnozda bildirilib ki, 2018-ci ildə adambaşına düşən ÜDM-in həcmi 4 440 dollara, 2019-cu ildə 4 750 dollara, 2020-ci ildə 5 080 dollara, 2021-ci ildə 5 440 dollara, 2022-ci ildə isə 5 840 dollara çatacaq.

Qeyd edək ki, Azərbaycanda adambaşına ÜDM-in tarixi rekord həddi 2014-cü ilin yekununda qeydə alınıb və 8 050 dollar təşkil edib. Bu göstərici 1992-ci ildən hesablanır və onun minimal həddi də məhz həmin ildə (160 dollar) qeydə alınıb.

IMF-in proqnoz hesabatında 2017-ci iln yekununda inkişaf etməkdə olan ölkələrdə orta adambaşına ÜDM-in 4 960 dollar, inkişaf etmiş ölkələrdə ortalama 45 070 dollar, ümumi dünya üzrə isə 10 750 dollar təşkil edəcəyi ehtimal olunur.

Xatırladaq ki, Azərbaycanda bu göstərici 2007-2014-cü illərdə inkişaf etməkdə olan ölkələrin orta adambaşına ÜDM-ni üstələyib.

Çox oxunan xəbərlər
Son xəbərlər

13.12.2017

12.12.2017

Müsahibələr
Arxiv
Dekabr 2017
B.eÇ.aÇC.aCŞB
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az