Bakıda sakinlərin evlərini sökən şirkətin Yeqanova soyadlı təmsilçisi kimdir?

Xəbər verdiyimiz kimi, Nərimanov rayonu, Möhsün Sənani küçəsində yerləşən, vətəndaşların şəxsi mülkiyyətində olan 3 ədəd ev "Evrostroy-S.S" adlı şirkət tərəfindən zorakılıq tətbiq olunmaqla sökülüb. Söküntü anını əks etdirən videogörüntülər artıq sosial şəbəkələrdə geniş yayılıb. "Yeniavaz.com"xəbər verir ki, "Evrostroy-S.S" şirkətindən mətbuata verilən açıqlamada deyilir ki, evlər sökülərkən yalnız 3 evin mülkiyyətçisi ilə problemlər yaranıb. Şirkətdən bildiriblər ki, həmin mülkiyyətçilər - Abdullayev İsmət Rasim oğlu, Gülnaz Həsən qızı Əlizadə və Zaman Şəmsəddin oğlu Hüseynov olub. Problemin səbəb kimi isə mülkiyyət sahiblərini söküləcək evlər üçün onların real dəyərindən dəfələrlə artıq pul istəmələri olub.

Qeyd edək ki, tərəflər arasında uzun müddət məhkəmə çəkişməsi olub və 29 avqust tarixində Bakı Apellyasiya Məhkəməsi həmin ərazidə yerləşən 3 evin sökülməməsi barədə qərar verib.

Məlumat üçün bildirək ki, baş vermiş hadisədən sonra mətbuatın gündəminə gələn "Evrostroy-S.S" MMC 30 mart 2016-cı ildə dövlət qeydiyyatından keçib. Təsis olunmasından təxminən il yarım keçsədə bu şirkətin adına yalnız məhkəmə çəkişmələrində rast gəlmək mümkündür. Şirkətin nə veb-saytı, nə də sosial şəbəkələrdə səhifələri mövcud deyil. Bu şirkət barəsində ictimaiyyətə açıq olan yeganə məlumat odur ki, "Evrostroy-S.S" MMC-nin qanuni təmsilçisi Yeqanova Aida Rzaqulu qızı adlı bir xanımdır.

İnternet resiurslarda şirkətə məxsus heç bir məlumat olmadığı kimi, qanuni təmsilçiyə aid məlumatlara da rast gəlmək mümkün olmur. Yeganə diqqət çəkən məsələ "Evrostroy-S.S" qanuni təmsilçisinin soyadı ilə bağlıdır.

Qeyd edək ki, Yeqanov soyadı Azərbaycanda nadir soyadlardan hesab olunur. 2016-cı ildə Bakıda Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin sədri, Əli Həsənovun baş məsləhətçi, AMEA-nın müxbir üzvü, filologiya üzrə elmlər doktoru, professor Nizami Cəfərov və filologiya üzrə elmlər doktoru, professor Buludxan Xəlilovun redaktorluğu ilə çapdan çıxan "Türkmənşəli Erməni Soyadları" kitabında bildirilir ki, Yeqanov soyadı erməni soyadıdır (səh.-458).

Kitabda qeyd olunur ki, yeqan sözü türk mənşəli söz olsada ermənilər bundan soyad kimi istifadə ediblər. Tarix kitablarında Yeqanovların ulu babası kimi 18-ci əsrdə Dağlıq Qarabağda yaşamış Məlik Yeqanın adı çəkilir. Daha sonra bu nəsildən olan və islamı qəbul edən ermənilər özlərinə Məlikyeqanov və Məlikaslanov soyadlarını seçiblər. Bu nəslin ən tanınmış nümayəndəsi Bakı və Lənkəran şəhərlərinin general-qubernatoru olmuş Cavad bəy Məlikyeqanov olub.

Çox oxunan xəbərlər
Son xəbərlər

14.12.2017

13.12.2017

Müsahibələr
Arxiv
Dekabr 2017
B.eÇ.aÇC.aCŞB
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az