"Azəriqaz" evlərə XƏBƏRDARLIQ bildirişi paylayır

Paytaxtın bir çox ərazilərində "Azəriqaz" İstehsalat Birliyinin (İB) Bakı Regional Qazın Satışı Departamentinin adından evlərə xəbərdarlıq bildirişi paylanır. Bu barədə "Yeniavaz.com" saytına kənd Binəqədi ərazisində yaşayan sakinlər məlumat veriblər. Onlar dediklərinə sübut kimi həmin bildirişlərin fotolarını da saytımıza göndəriblər. Sakinlərin dediyinə görə, xəbərdarlıq bildirişləri yüzlərlə ailəyə şamil olunub.

Bildirişdə vətəndaşlara aşağıdakı məzmunda xəbərdarlıq edilir: "Qazdan İstifadə Qaydaları"nın 1.3-cü bəndinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi yalnız qazın alqı-satqı müqaviləsi bağlandıqdan sonra həyata keçirilir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, 3 iş günü müddətində müqavilə bağlanması üçün şəxsiyyət vəsiqəsi, mülkiyyəti təsdiq edən sənədlərlə və smart qaz kartı ilə birlikdə ASAN və ASAN Kommunal xidmətlərinə müraciət edin. Əks təqdirdə təbii qaz təchizatı "Qazdan İstifadə Qaydaları"nın 6.1.5-ci yarımbəndinə əsasən, təbii qaz təchizatı əlavə xəbərdarlıq edilmədən dayandırılacaqdır".

Vətəndaşları çaşbaş salan məqamlardan biri də budur ki, eyni ərazidə yaşayan sakinlərin bəziləri ilə müqavilə ela yaşadıqları mənzildəcə bağlanılır, lakin digərlərinə isə ASAN və ASAN Kommunal xidmətlərinə gəlmək barədə xəbərdarlıq edilir.

Məsələ ilə bağlı "Azəriqaz" İstehsalat Birliyinin (İB) ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İbrahim Kərbalayev "Yeniavaz.com" saytının suallarını cavablandırıb.

İbrahim Kərbalayevin sözlərinə görə, əslində qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsinə dair alqı-satqı müqaviləsi mənzillərdə bağlanılır: "Azəriqaz" İstehsalat Birliyi tərəfindən qazın alqı-satqı müqaviləsi mənzillərdə bağlanılır. Lakin hansı mənzillərin ki, sahibləri qapını açmırlar, əməkdaşımız gələn vaxtda evdə yoxdular və ya digər səbəblərdən - onlara bildiriş təqdim edirilir. Bu mənzillərin qapısına bildiriş qoyulur. Əgər evdə yoxsansa, bu bildirişə uyğun olaraq qeyd edilən müddət ərzində yaxınlaşıb ASAN kommunal vasitəsi ilə müqavilə bağlanmasını həyata keçirə bilərsən. Yox əgər mənzil sahibi evindədirsə, əməkdaş ora yaxınlaşan zaman qapı açılırsa, müqavilə evdə bağlanılır".

İbrahim Kərbalayev bildirib ki, qaz paylayıcısı ilə istehlakçının qazla təchiz edilməsinə dair alqı-satqı müqaviləsi hər il bağlanmalıdır. Bu müqaviləyə uyğun olaraq təbii qazın verilişi həyata keçirilir. Hansı istehlakçılarla bu müqavilə bağlanmayıbsa, belə bir müqavilə yoxdursa, mütləq bağlanmalıdır. ASAN kommunallar şənbə və bazar günləri də fəaliyyət göstərirlər. Getməzdən öncə hər bir vətəndaş əvvəlcədən elektron qaydada növbəyə yazılmaqla da işini asanlaşdıra bilər".

 

Çox oxunan xəbərlər
Son xəbərlər

24.11.2017

23.11.2017

Müsahibələr
Arxiv
Noyabr 2017
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az