Avronun qiyməti sürətlə bahalaşır

Dünya valyuta birjalarında avronun qiyməti çərşənbə axşamı 1.1746$-a kimi 0.7% bahalaşıb. Bahalaşmaya səbəb isə dünən həm Almaniya, həm də Almaniyanın üzv olduğu Avrozona iqtisadiyyatı ilə bağlı ümumi iqtisadi inkişaf göstəricilərinin açıqlanmasıdır. 

Bu haqda investaz.az saytı yazıb. Bildirilir ki, Almaniyada ÜDM 2017-ci ilin üçüncü rübündə 0.8% artıb və beləliklə, iqtisadi inkişaf səviyyəsi 1.0%-dən 2.3%-ə yüksəlib. Avrozonada isə iqtisadiyyat rüblük müqayisədə 0.6%, illik müqayisədə isə 2.5% artmaqla, inkişafına davam etməkdədir. 

Bununla yanaşı, Avrozonanın birinci və dünyanın dördüncü ən güclü dövləti Almaniyada iqtisadi vəziyyəti əks etdirən və maliyyə bazarlarında böyük maraqla izlənilən "Avropanın İqtisadi Araşdırma Mərkəzinin" (alm.: "ZEW") indikatoru da avronun bahalaşmasına təsir edən amillər arasındadır. Belə ki, cari vəziyyəti ölçən "ZEW" indikatoru (88.8 punkt) gözləniləndən (88.0 punkt) yüksək, gələcək vəziyyət ilə bağlı "ZEW" indikatoru (18.7 punkt) isə gözləniləndən (20.0 punkt) zəif olsa da, keçmiş aya (17.6 punkt) nisbətən yüksək açıqlanıb. 

Qeyd etmək lazımdır ki, maliyyə bazarlarında son günlər EUR/USD məzənnəsində müşahidə edilən bahalaşma proqnozlaşdırılırdı və korrektiv qiymətləndirilir. Avropa Mərkəzi Bankının vitse sədri Vitor Kostancio da bazar ertəsi son dövrlər Avrozonada müşahidə edilən iqtisadi canlanmanın, əminlik yaratmamalı olduğu xəbərdarlığını etmiş və inflyasiyanın hələ də çox zəif olduğunu xatırlatmışdır. Sonuncu inflyasiya göstəricilərinin isə cümə axşamı Bakı vaxtı ilə saat 14:00-da yayımlanması gözlənilir. 

Avro/Dollar valyuta cütlüyünün qiyməti üzrə texniki təhlillərə əsasən, bahalaşma 1.1759$-a kimi davam etdikdən sonra bir müddət səngiyə, 1.1707 və 1.1680$-a kimi ucuzlaşa bilər. Məhz bundan sonra qiymət bu səviyyənin üzərində möhkəmlənərsə, bahalaşmasının 1.1822$-a kimi də davam edəcəyi proqnozlaşdırılır.

 


 

Çox oxunan xəbərlər
Son xəbərlər

21.11.2017

20.11.2017

Müsahibələr
Arxiv
Noyabr 2017
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az