Bir neçə rayonun qazı kəsilib

Fasilələr təmir işləri ilə əlaqədardır

Azərbaycanın şimal-qərb bölgəsinə təbii qazın verilməsində fasilə yaranıb. Bölgə sakinlərinin  verdiyi məlumata görə, bu gün saat 09:00 radələrində respublikanın şimal-qərb bölgəsinin rayonlarına (Şəki, Qax, Zaqatala və Balakən) təbii qazın verilməsi dayanıb. 

Zaqatala Qaz İstismarı Sahəsində bölgəyə təbii qazın verilməsinin dayandırılması faktını təsdiqləyiblər. Bölgəyə təbii qazın verilməsində yaranan fasiləyə səbəb Şəki-Cəfərabad Qaz Paylayıcı Stansiyada Şəki orta təzyiqli qaz kəmərində daraldıcı qurğunun dəyişdirilməsi göstərilir. Hazırda Ağdaş Magistral Qaz Kəmərləri İdarəsinin işçiləri təmir işlərinə başlayıb. Təmir işləri sona çatdıqdan sonra bölgəyə təbii qazın verilməsi bərpa olunacaq. 

Havaların soyuması ilə rahat həyat donmağa başlayır...

Hafiz Əhmədov

O.M.



Çox oxunan xəbərlər
Son xəbərlər

19.03.2019

18.03.2019

15.03.2019

Müsahibələr
Arxiv
Mart 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az