Azərbaycanda fərqli maşın nömrələri bahalanacaq

"Dövlət rüsumu haqqında" qanuna dəyişikliklər təklif olunub

Azərbaycan "Dövlət rüsumu haqqında" qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsi Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinə daxil olub. Layihədə avtomobillərə dövlət qeydiyyat nişanlarının verilməsinə görə rüsumlar müəyyənləşdirilib. Layihəyə əsasən, rüsumlar dövlət qeydiyyatı nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə təyin olunacaq. Qeyd olunub ki, avtomobillərin nömrəsi 001-dən 009-a qədər olan rəqəmlərdən, seriyası müxtəlif hərflərdən ibarət olduqda rüsum 1500, nömrə 001-dən 009-a qədər, seriyası eyni hərflərdən ibarət olduqda rüsum 2500, rəqəmlər 100-dən 900-ə qədər, seriya müxtəlif hərflərdən ibarət olduqda 1000, rəqəmlər 100-dən 900-ə qədər, seriya eyni hərflərdən ibarət olduqda 1500, nömrə 111, 222, 333, 444 , 555, 666, 777, 888, 999, seriya müxtəlif hərflərdən ibarət olduqda rüsum 500 manat, nömrə 111, 222, 333, 444, 555, 666, 777, 888, 999, seriya eyni hərflərdən ibarət olduqda isə rüsum 1000 manat müəyyənləşib. Bu rəqəmlər və həriflərin kombinasiyası istisna olmaqla, digər dövlət qeydiyyatı nişanlarının verilməsinə, habelə bu rəqəm və hərflərin kombinasiyası da daxil olmaqla, dövlət qeydiyyatı nişanlarının təkrar verilməsinə görə dövlət rüsumu 18 manat müəyyənləşdirilir. Qeyd edək ki, indiyədək bütün nömrə nişanları üçün rüsum 18 manat olub. 

Maşına baxıb sahibinin pulunu saymaq olacaq...

Hafiz Əhmədov

O.M.



Çox oxunan xəbərlər
Son xəbərlər

21.05.2019

20.05.2019

19.05.2019

Müsahibələr
Arxiv
May 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az