Azərbaycanlılar Türkiyədə 2 milyon manatlıq villalar alır

Azərbaycanlılar Türkiyədən bahalı evlər almağa başlayıblar. 
 
Bu sözləri fins.az-a açıqlamasında Türkiyənin "Elit Group” inşaat, əmlak və investisiya şirkətinin nümayəndəsi Yulia Barsan məlumat verib. Onun sözlərinə görə, şirkətin əsas premium müştərilərinin bir hissəsi varlı Azərbaycan vətəndaşlarıdır.
 
O bildirib ki, hazırda şirkətin Alanya bölgəsində tikdiyi layihələrdə evlərin qiyməti 50 min avrodan başlayır. Azərbaycanlı müştərilər əsasən 500 min -1 milyon avro dəyərində evləri, villaları alırlar. Söhbət dəyəri 2 milyon manat olan evlərdən gedir.
 
Y.Barsan  azərbaycanlı müştərilərin hər il artdığını bildirib. Belə ki, 2017-ci ildə şirkətin Azərbaycandan olan müştərilərinin sayı ötən illə müqayisədə 10% artıb: "Azərbaycanda daşınmaz əmlak sərgisində iştirak etməyimiz də məhz yeni müştərilər cəlb etməklə bağlıdır. Bizi Azərbaycandakı daşınmaz əmlak sərgisinə də varlı müştərimiz dəvət etdi. Buradan yeni müştərilər əldə edəcəyimizə ümid edirik”.
Çox oxunan xəbərlər
Son xəbərlər

12.12.2017

11.12.2017

Müsahibələr
Arxiv
Dekabr 2017
B.eÇ.aÇC.aCŞB
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az