Azərbaycanın neft ehtiyatı 2 mlrd. tondur

Azərbaycanda bu günə dəqiqləşdirilmiş çıxarıla bilən neft-kondensat ehtiyatı 1,5 mlrd. ton, qaz ehtiyatı isə 2,550 trln. kubmetr həcmindədir.
 
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti Xoşbəxt Yusifzadə rəsmi qəzetdə bildirib.
 
Onun sözlərinə görə, proqnozlaşdırılan neft ehtiyatı 2 mlrd. ton, qaz ehtiyatı isə 3,450 trln. kubmetrdir.
 
"Başqa sözlə, Azərbaycanda bu günə dəqiqləşdirilmiş çıxarıla bilən karbohidrogen ehtiyatı neft ekvivalentində 4,050 mlrd. ton, proqnoz karbohidrogen ehtiyatı isə neft ekvivalentində 5,450 mlrd. tondur. Beləliklə, ümumi karbohidrogen ehtiyatları şərti yanacaqla 9,5 mlrd. ton həcmində qiymətləndirilir”, - deyə X.Yusifzadə bildirib./Report/
 
Çox oxunan xəbərlər
Son xəbərlər

19.07.2018

18.07.2018

17.07.2018

Müsahibələr
Arxiv
Iyul 2018
B.eÇ.aÇC.aCŞB
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az