Bakıda 655 metrlik tunelin tikintisi davam edir

Paytaxtın Heydər Əliyev prospektində - Bakı Olimpiya Stadionunun qarşısında “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi tərəfindən avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə yeni avtomobil tuneli inşa olunur.

Bu barədə AZƏRTAC-a dövlət agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli açıqlama verib.

Tunelin ümumi uzunluğu 655 metr, qapalı hissəsinin uzunluğu isə 125 metr təşkil edir. Avtomobil tuneli hər birinin eni 4,5 metr olan 2 hərəkət zolağından ibarət olacaq. Yeni tunelin ümumi eni isə 11,5 təşkil edəcək.

A.Nəcəfli qeyd edib ki, tunelin inşasında məqsəd günün pik saatlarında "Koroğlu" metro stansiyasının qarşısında yaranan tıxacı aradan qaldırmaqdır. Belə ki, Ziya Bünyadov prospekti istiqamətindən gələn və Hava limanı istiqamətində gedən avtonəqliyyat vasitələri “Böyük Şor” yol qovşağında yerləşən körpünün üzərinə qalxaraq oradan dövrə vurub, “Koroğlu” metro stansiyasının qarşısından keçərək hərəkət edirlər. Bu isə həmin ərazidə müəyyən qədər sıxlığa səbəb olur. Bu sıxlığın aradan qaldırılması üçün avtonəqliyyat vasitələrinin “Koroğlu” stansiyasının qarşısına düşmədən Ziya Bünyadov prospektindən birbaşa hava limanı istiqamətinə hərəkət edə bilməsi üçün yeni avtomobil tuneli inşa olunur.

Onun sözlərinə görə, yeni avtomobil tuneli hazır olanda artıq avtomobillər "Koroğlu" metro stansiyasının qarşısından keçmədən birbaşa Ziya Bünyadov prospektindən “Olimpiya” kəndi istiqamətinə və oradan da Bakı Olimpiya Stadionu arxasında yerləşən yoldan və tuneldən istifadə etməklə Hava limanı istiqamətinə hərəkət edə biləcəklər.

Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub. Tikinti işlərinin 2018-ci il ərzində yekunlaşması planlaşdırılır.

Çox oxunan xəbərlər
Son xəbərlər

19.07.2018

18.07.2018

17.07.2018

Müsahibələr
Arxiv
Iyul 2018
B.eÇ.aÇC.aCŞB
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az