Azərbaycanda hər il 1,5 milyon ton buğda "yoxa çıxır"? 

Hər il dövlət büdcəsindən buğda əkilməsi üçün fermerlərə subsidiya (əvəzsiz verilən maliyyə yardımı) şəkilində milyonlarla manat vəsait ayrılır. Medianfo.az-ınYeniavaz.com-a istinadən verdiyi məlumata görə,  hər il orta hesabla 600 min hektardan çox ərazidə buğda əkililr. Əkin sahələrində istifadə edilən yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına hər hektara 50 manat, habelə buğda və çəltik əkininə görə əlavə 40 manat məbləğində yardım ayrıldığını nəzərə alsaq bu o deməkdir ki, büdcədən hər il buğda əkini üçün 55 milyon manata yaxın vəsait ayrılır.

Maraqlıdır ki, bu qədər vəsaitin ayrılmasına baxmayaraq hər il xaricdən ölkənin daxili tələbatını ödəyəcək həcmdə buğda idxal olunur. Gömrük Komitəsinin açıqladığı məlumata görə, il ərzində ölkəyə orta hesabla 1,5 milyon ton buğda idxal olunur. Məsələn, 2016-cı ildə xaricdən 1 milyon 599 ton buğda gətirildiyi bildirilir. Bu həcmdə buğda isə ölkənin daxili tələbatını ödəməyə imkan verir. Statistika Komitəsinin məlumatına görə, il ərzində un və un məmulatlarının istehsalı orta hesabla 1,5 milyon ton təşkil edir. Qeyd edək ki, müqayisə apardığımız 2016-cı ildə ölkədə 1 milyon 582 ton ərzində un və bundan da 1 milyon 210 min ton çörək və çörək-bulka məmulatları istehsal olunub.

Bəs, belə olan halda hər il əkildiyi bildirilən 600 min hektar sahədən yığılan 1,8 milyon ton buğda hansı məqsədlər üçün istifadə olunur? Dövlət Statistika Komitəsi 2016-cı ildə 588,9 min hektar ərazidə buğda əkildiyini və buradan 1 milyon 795,7 min ton buğda (təmizlənmiş şəkildə) yığıdığını açıqlayıb.

Azərbaycandan xarici ölkələrə buğda və un şəkilində heç bir məhsulun ixrac olunmadığını nəzərə alsaq o zamana buğda istehsalı üçün büdcədən bu qədər vəsaitin ayrılması başa düşülən deyil. Ölkənin tələbatı idxal hesabına təmin olunursa, o zaman yerli istehsala nə ehtiyac var? Yox əgər təlabat daxili istehsal hesabına təmin olunursa, o zaman idxala nə ehtiyac var?

Yuxarıda qeyd etdiyimiz rəsmi məlumatlar onu göstərir ki, hər il təxminən 1,5 - 1,6 milyon ton həcmdə buğda un və un məmulatları kimi istifadə olunmur. O zaman ya rəsmi qurumlar tərəfindən açıqlanan rəqəmlərdə "yanlışlığa" yol verirlər, ya da istehsal olunan buğda un və un məmulatları kimi istifadəyə yararsız olur.

Bir məlumatı da qeyd edək ki, Azərbaycanın bəzi bölgələri buğda əkini üçün əlverişsiz olsa da, dövlət tərəfindən həmin sahələrə də subsidiya ayrılır. Məsələn, Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il Abşeron rayonu ərazisində 775 hektar sahədə taxıl əkilib və burada məhsuldarlıq hər hektarda cəmi 15 sentner olub. Bu göstərici isə ölkə üzrə ümumi məhsuldarlıqdan (28 s/ha) təxminən 2 dəfə aşağıdır.

İllər

Buğda

idxalı

Un

istehsalı

Çörək vəçörək-bulka istehsalı

Buğda

istehsalı

2016 1 599 1 582 1 210 1 796
2015 1 353 1 507 1 198 1 633

 

Çox oxunan xəbərlər
Son xəbərlər

20.11.2018

19.11.2018

Müsahibələr
Arxiv
Noyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az