Azərbaycanda rublun dəyəri artmaqda davam edir

Azərbaycanda Rusiya rublunun rəsmi məzənnəsi son 7 ayın maksimal səviyyəsinə çatıb və bu gün 0,0301 manat təşkil edib.

2015-ci il fevralın 21-də Azərbaycanda baş verən milli valyutanın ilk devalvasiyasından sonra rublun rəsmi məzənnəsinin maksimal göstəricisi 2017-ci il fevralın 6-da (0,0324 manat) qeydə alınıb. İlk devalvasiyadan indiyədək ən minimal məzənnə isə 2015-ci il dekabrın 18-də (0,0148 RUB/AZN) olub. Hazırda rublun məzənnəsi maksimal həddən 7,1% aşağıdır.

Azərbaycanda rublun bahalaşmasına səbəb Rusiyada ABŞ dollarının məzənnəsinin azalması amili olub. Belə ki, Rusiyada dollar son 7 ayın minimal səviyyəsi - 56,4285 rubla geriləyib. Geriləməyə səbəb isə neft qiymətlərinin yüksəlməsi və dolların qlobal valyuta bazarında mövqelərinin zəifləməsi amili olub.Report

Çox oxunan xəbərlər
Son xəbərlər

16.01.2018

15.01.2018

Müsahibələr
Arxiv
Yanvar 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az