BTQ ilə Çindən Avropaya yük daşınmasına başlanıldı

Bakı-Tbilisi-Qars dəmir yolu ilə Çindən Avropaya yüklərin daşınmasına başlanılıb.

Çin Azərbaycan ərazisindən keçməklə Avropaya yük daşımağa başlayıb. Mühəndis avadanlığı və digər mallarla yüklənən ilk qatar yanvarın 19-da Urumçi şəhərindən yola düşüb. “Şərq-Qərb” Nəqliyyat Dəhlizi ilə Avropaya yük daşımalı olan qatarQazaxıstanın limanında dayanacaq. Daha sonra yüklər dəniz yolu ilə Bakıya, buradan isə Bakı-Tbilisi-Qars dəmir yolu ilə Avropaya çatdırılacaq.

Qeyd edək ki, marşrutun ümumi uzunluğu 4186 kilometrdir. Çindən Avropaya yüklərin 8 günə çatdırılması nəzərdə tutulub. Bu il Urumçidən Avropaya 1400 yük konteynerinin yola salınması planlaşdırılır. “Şərq-Qərb” nəqliyyat dəhliziQazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə ÇindənAvropaya və əks istiqamətdə yüklərin tədarükü üçün nəzərdə tutulub. (AzərTAc)
Çox oxunan xəbərlər
Son xəbərlər

21.05.2018

20.05.2018

19.05.2018

Müsahibələr
Arxiv
May 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az