ABŞ-da 63 milyon dollara dünyanın ən möhkəm evi tikilir

Bu bina ən azı 2 min il qalacaq. Heç bir zəlzələdən və hətta raket hücumundan da qorxusu yoxdur.

İxtisasca astrofizik olan Stifen Haff belə deyir.

"f TF Concrete Forming Systems" şirkətinin sahibi S.Haff ABŞ-ın Missuri ştatındakı Sprinqfild şəhərinin yaxınlığında "The Pensmore Mansion" adlı malikanə tikdirir.

63 milyon dollara başa gələcək malikanə artıq indidən Birləşmiş Ştatların ən böyük evlərindən biri sayılır.

Zəlzələ, raket-bomba hücumuna qarşı səbatlı olan ev betondan tikilir.

Mərkəzi Kəşfiyyat Agentliyinin sabiq agenti olan Stiven Haff evinin inşasına 2008-ci ildə başlayıb. Binanın divarları bütünlüklə tökmə betondandır.

Divarlar xüsusi sistemlə təchiz olunduğundan daxili temperaturu iqlimə əsasən dəyişir. Malikanənin bal zalının hündürlüyü 10 metrdir.

"Evin layihəsini hazırlayanda xanımımın və qızımın təkliflərini də nəzərə aldım. Evin texniki detalları bütünlüklə mənə məxsusdur. Yerdə qalanların müəllifi isə ailəmdir. Dünyanın ən etibarlı, möhkəm evini tikirəm", - Stiven Haff söyləyib.

Binanın isidilməsində geotermal enerjidən və Günəş enerjisindən də istifadə olunur. Üstəlik, malikanə yağış suyunu içməli suya çevirən sistemə də malikdir.

"Pensmore" malikanəsinin dayaq sistemi bütünlüklə "Helik" adlı xüsusi hazırlanmış metal konstruksiyalardan ibarətdir.
Big.az
Dünyanın ən etibarlı, möhkəm evi tikilir - FOTO

 

Çox oxunan xəbərlər
Son xəbərlər

25.05.2018

24.05.2018

Müsahibələr
Arxiv
May 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az