Evi sökülən 150 ailə yeni binalara köçürüləcək

Gəncə şəhərində sıxlığın aradan qaldırılması, yöndəmsiz evlərin sökülməsi məqsədi ilə xüsusi plan hazırlanır.Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev şəhərsalma ilə bağlı keçirdiyi görüşdə bildirib ki, bu plana uyğun olaraq söküləcək evlərin yerində iki bloklu hündür mərtəbəli binalar inşa olunacaq. Binaların alt hissəsində avtomobil dayanacı, bir və ikinci mərtəbələrində alış-veriş mərkəzi, digər mərtəbələrində isə mənzillər yerləşəcək.


Şəhərin Nizami prospektinin 50 metr enində genişləndirilməsi zamanı yolun eninə uyğun olaraq Gəncəçayın üzərindəki körpü də yenidən qurulacaq. Ümumilikdə 1,5 km məsafədə sıxlığın aradan qaldırılması nəzərdə tutulub. Layihə çərçivəsində Gəncədə sosial təyinatli obyektlər də inşa olunacaq. Şəhər rəhbəri bildirib ki, qədimliyi qoruyub saxlamaqla Gəncənin müasirləşməsinə, gözəlləşməsinə xidmət edəcək layihə çərçivəsində Qəmbər Hüseynli küçəsindən Əttarlar küçəsinədək Nizami prospektinin sağ tərəfində tikiləcək 10 ədəd 9 yüksəkmərtəbəli binanın ən yaxşı layihəsi üçün memarlar arasında müsabiqə elan olunub. Ən yaxşı layihə təqdim edən memara qiymətli mükafat nəzərə tutulub.

Yeni inşa olunacaq binalarda öncə 150 nəfər evi söküləcək ailələr yerləşdiriləcək. Digər mənzillər isə ipoteka və kredit ilə mənzil sahibi olmaq istəyən vətəndaşlara satılacaq. Yeni layihənin həyata keçirilməsi Gəncədə nəqliyyat tıxacının qarşısının alınmasına da imkan verəcək.azvision.az
Çox oxunan xəbərlər
Son xəbərlər

21.02.2018

20.02.2018

Müsahibələr
Arxiv
Fevral 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az