Səudiyyə Ərəbistanı İraqa 1,5, Türkiyə 5 milyard dollar ayırır

Səudiyyə Ərəbistanı İraqda bərpa işlərinə 1,5 milyard dollar ayırmağa hazırdır.

Trend-in məlumatına görə, bu barədə krallığın XİN rəhbəri Adel Əl-Cubeyr Küveytdə İraqın bərpa olunmasına həsr olunmuş beynəlxalq konfransda deyib.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə ölkəsinin İraqda bərpa işlərinə 5 milyard dollar ayırmağa hazır olduğunu bəyan edib.

Qeyd edək ki, Küveytdə fevralın 12-də İraq İŞİD-dən azad edildikdən sonra bərpa işlərinə həsr olunmuş beynəlxalq konfrans işə başlayıb.

Üç gün davam edəcək forumda 70 ölkədən rəsmilər, eləcə də Dünya Bankı, Avropa İttifaqı və BMT nümayəndələri iştirak edirlər.

Çox oxunan xəbərlər
Son xəbərlər

21.02.2018

20.02.2018

Müsahibələr
Arxiv
Fevral 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az