Kart sisteminə keçən nəqliyyat vasitələrinin sayı 700-ə çatdırılacaq

2018-ci ildə 700-dən çox nəqliyyat vasitəsi kart sisteminə keçəcək.

Medianfo.az “APA-Economics”-ə istinadən xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktorunun müşaviri Mübariz Abbasov deyib.

Onun sözlərinə görə, ödəniş sistemində vahid karta keçid ictimai nəqliyyat sahəsində şəffaflığı şəffaflığı ortaya çıxarıb. “Kart sistemi, nağdsız ödəniş sistemi artıq təcrübədə sınaqdan çıxıb. Biz Agentlik olaraq çalışırıq ki, əhatə dairəmizi genişləndirək. Bu sistem sürücü məsuliyyətini artır, sərnişinlə ünsiyyət olmur. Sürücünün məsuliyyəti daha çox olur. Sürücü artıq planla işləmir, dayanacaqdan kənar saxlamır, sərnişinlərə qarşı kobudluq etmir,” – deyə M. Abbasov bildirib.

M. Abbasov əlavə edib ki, fəaliyyəti dövründə BNA 50-dən çox yeni nəqliyyat vasitəsi gətirib: “Mindən çox nəqliyyat vasitəsi əsaslı təmir olunub. Hal-hazırda dövlət tərəfindən 300-dən çox yeni nəqliyyat vasitəsi gətirilməsi planlaşdırılır. Bu sahədə işləri davam etdiririk”.2018-ci ildə 700-dən çox nəqliyyat vasitəsi kart sisteminə keçəcək".

 

 

 

 

Çox oxunan xəbərlər
Son xəbərlər

23.09.2018

22.09.2018

21.09.2018

Müsahibələr
Arxiv
Sentyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az