Azərbaycan Gürcüstan iqtisadiyyatına 3 mlrd. dollar qoyub

Azərbaycan 2013-2017-ci illərdə Gürcüstan iqtisadiyyatına 3 mlrd. ABŞ dolları məbləğində investisiya qoyub və bu baxımdan, son 5 ildə digər xarici ölkələr arasında 1-ci yerdə olub.

Bu barədə "Report"un Gürcüstan bürosu ölkənin Milli Statistika Xidmətinə istinadən xəbər verir. 

Məlumata görə, təkcə ötən il Gürcüstan iqtisadiyyatına 1 861,9 milyon dollar pul qoyulub. Bunun da 482,1 milyon dolları və yaxud 25,9%-i Azərbaycanın payına düşüb. Hazırda qonşu ölkədə Azərbaycan kapitallı 1 300-ə yaxın şirkət fəaliyyət göstərir. O cümlədən Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Gürcüstanda uğurla fəaliyyət göstərən xarici şirkətlərdən biridir.

Azərbaycandakı Gürcüstan kapitallı şirkətlərin sayı isə 300-dən çoxdur. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 17% artıb. 

Gürcüstana ən çox investisiya qoymuş ölkələrin ilk beşliyinə Azərbaycandan başqa, Türkiyə (279 mln. dollar), Böyük Britaniya (250,4 mln. dollar), Niderland (224,3 mln. dollar) və Çexiya (133,8 mln. dollar) daxildir.

2017-ci ildə Gürcüstanda xarici investisiyalar ən çox nəqliyyat və rabitə, maliyyə, tikinti, energetika və daşınmaz əmlak sektorlarına yatırılıb. 

Çox oxunan xəbərlər
Son xəbərlər

19.06.2018

18.06.2018

17.06.2018

Müsahibələr
Arxiv
Iyun 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az