45 milyon pul hansı yol üçün ayrıldı - Video

Bakıda iki böyük prospektin nəqliyyat yükünü azaldacaq yeni yol inşa edilir. Yolun inşası məqsədi ilə avtomobil yolları dövlət agentliyinə 45 milyon manat ayrılıb. 3 km-ə yaxın uzunluğu olan yeni yol Böyükşor gölünün üzərindən keçəcək.

Söhbət Ziya Bünyadov prospekti ilə Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunu birləşdirən yeni salınan yoldan gedir. Sözügedən yol Böyük Şor gölünün üzərindən çəkilir .

Yeni avtomobil yolunun əvvəlində və sonunda tunellərin inşası da planlaşdırılır. Bu məqsədlə layihəyə düşən yaşayış və qeyri-yaşayış obyektlərinin söküntüsü aparılıb. Tunellərin uzunluqları açıq və qapalı hissə nəzərə alınmaqla müvafiq olaraq 416 və 206 metr təşkil edəcək.Tunellərin hər biri 3 gediş və 3 gəliş olmaqla 6 hərəkət zolağından ibarət olacaq.

Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən inşa edilən yeni yolun çəkilməsində məqsəd günün pik saatlarında həm Ziya Bünyadov prospektində, həm də Heydər Əliyev prospektində yaşanan nəqliyyat sıxlığının azaldılmasıdır

Yeni yolda tikinti işlərinin bu ilin sonu, gələn ilin əvvəlinə qədər yekunlaşdırılması planlaşdırılır.

Xəzərxəbər

 

 

 

Çox oxunan xəbərlər
Son xəbərlər

23.09.2018

22.09.2018

21.09.2018

Müsahibələr
Arxiv
Sentyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az