İşğal altındakı torpaqlarımızdan 55 milyon dollarlıq VERGİ VƏ RÜSUM TOPLANDI...

Azərbaycanın işğal altındakı Xankəndi şəhərini özünə paytaxt etmiş qondarma separatçı erməni rejimi  2018-ci ilin 1-ci yarısı haqda “maliyyə hesabatı” verib.
 Moderator.az “KarabakhTV”-yə istinadla xəbər verir ki,  bu haqda “maliyyə nazirliyi” adlandırılan saxta qurum məlumat yayıb. Məlumata görə, Moskva və İrəvanın dəstəyi ilə mövcud olan hərbi xunta rejimi cari ilin 6 ayı ərzində işğal altındakı Azərbaycan torpaqlarındakı əhali və obyektlərdən vur- tut 26 mlrd. 956,4 mln. dram (55,031700 mln. dollar) məbləğində vergi və rüsum toplayıb. İddiaya görə, bu rəqəm planlaşdırılmış məbləğdən(25 mlrd. 400 mln. dram) 6, 1 faiz çoxdur. 
 
Xəbərdə deyilir ki, vergi və rüsumların artmasında əsas yük işğal altındakı Azərbaycan torpaqlarındakı əlvan metal, o cümlədən qızıl, mis və molibden yataqlarının istismarıyla məşğul olan “Beyz Metals” şirkətinin payına düşür. Digər səbəb kimi isə “iqtisadi artım” göstərilir.
P.S. Əlaqədar qurumlar, yəqin, təxminən hesablayarlar ki, işğal altındakı torpaqlar əlimizdə olsaydı, neçə milyardlar toplayardıq oralardan?..  
 
Sultan Laçın
Çox oxunan xəbərlər
Son xəbərlər

09.12.2018

08.12.2018

07.12.2018

06.12.2018

Müsahibələr
Arxiv
Dekabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az