“Qeyri-rəsmi məşğulluq iqtisadiyyata ziyan vurur”

“Qeyri-rəsmi məşğulluq iqtisadiyyata, vergi və sosial sığorta daxilolmalarına ciddi ziyan vurmaqla yanaşı, işçilərin əmək və sosial müdafiə hüquqlarından məhrum olması ilə nəticələnir. Hər bir işəgötürən bunu nəzərə alaraq, bütün işçilərlə əmək münasibətlərinin rəsmiləşdirilməsini təmin etməli və qeyri-rəsmi məşğulluq hallarının qarşısının alınması kimi vacib prosesə öz töhfələrini verməlidirlər”. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Azadinform-a verilən məlumata görə, Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən Bakının Sabunçu rayonunda işəgötürənlərin iştirakı ilə təşkil olunan seminarda  “Pərakəndə ticarət iqtisadi sahəsində qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzusunda çıxışlar edilib, qeyri-rəsmi məşğulluğun mənfi nəticələri, işçilərlə əmək müqavilələri bağlanılmasının həm işəgötürən, həm də işçilər üçün faydaları barədə ətraflı məlumat verilib. Bütün işçilərlə əmək münasibətlərinin əmək müqaviləsi əsasında rəsmiləşdirilməsinin qanunla işəgötürənlərin əsas vəzifələrindən olduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, əmək müqaviləsi elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş müvafiq bildirişin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. 

Seminarda “İş vaxtının növləri, iş vaxtının rejimi və iş vaxtından artıq vaxtda işin tənzimlənməsi qaydaları” mövzusunda da işəgötürənlərin ətraflı məlumatlandırılması təmin edilib. İştirakçılara tam iş vaxtı və onun müddəti, həftəlik tam iş vaxtının müəyyən edilməsi, qısaldılmış iş vaxtı, əmək şəraiti zərərli olan və xüsusi xarakterli işlərdə çalışan işçilərin qısaldılmış iş vaxt, natamam iş vaxtı, iş vaxtının rejimi qaydaları və s. ilə bağlı qanunvericilikdən irəli gələn prinsiplər barədə məlumatlar verilib. 

Hər iki mövzu ilə bağlı tədbir iştirakçılarının sualları cavablandırılıb, onlara müvafiq mövzularda maarifləndirici bukletlər paylanıb.

Çox oxunan xəbərlər
Son xəbərlər

23.09.2018

22.09.2018

21.09.2018

Müsahibələr
Arxiv
Sentyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az