Azərbaycan Yaponiyaya xalça ixrac edəcək

 "Dünyanın bütün ölkələrində Azərbaycanın xalçalarına təlabat var". 

Bunu Bakıda xalçaçılığın inkişafına həsr edilmiş elmi-praktiki konfransda "Azərxalça" ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov bildirib. 

Onun sözlərinə görə, bu ilin sonuna qədər Azərbaycandan Yaponiyaya xalça ixracı ilə bağlı müqavilə imzalanacaq: "Onlara nümunələr göndərmişik". 

V.Muradov həmçinin qeyd edib ki, gələn il ölkədə 10 xalça fabrikinin tikilməsi nəzərdə tutulur: "Bununla da bu tipli fabriklərin sayı 30-a çatacaq. Həmçinin regionlarda yun tədarükü məntəqələri də tikilir". 

"Azərxalça"nın sədri ötən ilin dekabr ayında Sumqayıt Kimya Sənaye Parkında Yunəyrici Boyaq Fabrikinin təməlinin qoyulduğunu xatırladıb və əlavə edib ki, tikinti işlərinin 2019-cu ildə başa çatdırılması planlaşdırılır: "Fabrikdə yerli xammal əsasında iplik istehsal ediləcək. Müəssisəni xammalla təmin etmək məqsədilə 5 yun və boyaq maddələri tədarükü məntəqəsinin tikintisi aparılır və tikinti işləri ilin sonunadək yekunlaşacaq". Report

Çox oxunan xəbərlər
Son xəbərlər

14.11.2018

13.11.2018

12.11.2018

Müsahibələr
Arxiv
Noyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az