Zaqatalada maarifləndirmə tədbiri və səyyar xidmət təşkil edilib

Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən Şəki regional miqrasiya idarəsinin xidməti ərazisi olan  Zaqatalada əhalinin  miqrasiya   qanunvericiliyi  sahəsində  maarifləndirməsi  və qanunsuz yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin aşkar edilməsi məqsədi  ilə rayonun inzibati ərazi dairələri üzrə nümayəndələrinin, bələdiyyə sədrlərinin iştirakı  ilə görüş keçirilib.

Mediainfo.az-ın DMX Mətbuat Xidmətindən aldığı məlumata görə, Regional miqrasiya idarəsinin məsul əməkdaşları iştirakçılara miqrasiya qanunvericiliyinə edilmiş son dəyişikliklər haqqında məlumat verib, onları maraqlandıran sualları qanunvericiliyin tələblərinə uyğun olaraq cavablandırıblar.

Elə həmin gün, əcnəbi və vətəndaşlığı olmayan şəxslər tərəfindən  DMX-yə  edilən  bütün növ müraciətlərin qəbulunu yerində  və  operativ  şəkildə həyata keçirmək məqsədi ilə Zaqatalada səyyar xidmət  təşkil olunub. Səyyar xidmətin imkanlarından 25 şəxs  istifadə edib. Belə ki, onlardan 14-nə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə vəsiqələri, 6-na vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması ilə bağlı arayış verilib. Bundan başqa, 5 şəxsə vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi, müvəqqəti, həmçinin daimi yaşama, o cümlədən iş icazələrinin alınması ilə bağlı müraciət etmək üçün sənədlərin siyahıları təqdim olunub.

Müraciət edənlər səyyar xidmətin təşkilinə görə minnətdarlıqlarını bildiriblər.

Çox oxunan xəbərlər
Son xəbərlər

15.12.2018

14.12.2018

13.12.2018

Müsahibələr
Arxiv
Dekabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az