Türkmənistanda çörək, duz, qaz və işıq güzəştləri ləğv edilir

Türkmənistan hökuməti 2019-cu il yanvar ayının 1-dən etibarən ölkə əhalisinə edilən bəzi güzəştləri ləğv etməyə hazırlaşır.

Mediainfo.az-ın məsələ ilə bağlı Türkmənistan Dövlət Agentliyinə istinadən verdiyi xəbərə görə, gələn ilin ilk günlərindən əhali qaza, suya, çörəyə, duza və elektrik enerjisinə görə pul ödəməli olacaqlar. Bu isə o deməkdir ki, artıq dövlət əhaliyə pulsuz edilən güzəştlərdən tam şəkildə imtina edir. Bununla bağlı müvafiq qurumlara göstəriş verən prezident Qurbanqulu Berdıməhəmmədov deyib ki, elektrik enerjisinin, çörəyin, suyun və duzun qiymətləri dünya qiymətlərindən xeyli aşağı olacaq.

Xatırladaq ki, 1993-cü ildə prezident Saparmurad Niyazovun imzaladığı sərəncamla ölkə əhalisinə çörək, su, duz və işıq pulsuz verilirdi.

 

 

Çox oxunan xəbərlər
Son xəbərlər

19.10.2018

18.10.2018

17.10.2018

Müsahibələr
Arxiv
Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az