“Hazırda Rusiya-Azərbaycan iqtisadi münasibətlərində yenilənmə prosesi gedir”

Yaxın iki ayda yeni tərkibdə Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının növbəti iclası keçiriləcək”. 

Azadinform xəbər verir ki, Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Oreşkin bu barədə Bakıda keçirilən Azərbaycan-Rusiya Regionlararası Forumunda məlumat verib. 

Hazırda Rusiya-Azərbaycan iqtisadi münasibətlərində yenilənmə prosesi getdiyini qeyd edən nazir bildirib ki, Rusiyanın İqtisadi İnkişaf Nazirliyi ilə Azərbaycanın İqtisadiyyat Nazirliyi arasında qarşılıqlı fəaliyyətin xüsusi mexanizmi yaradılıb. Bu mexanizm çərçivəsində ticarətdə əngəllərin aradan qaldırılması üzrə iş aparılır: “Qarşılıqlı biznes əlaqələrini daha da fəallaşdırmaq üçün iki ölkənin işgüzar şuralarının fəaliyyət formatı yenilənib. Bütün bu addımlar Rusiya ilə Azərbaycan arasında ən müxtəlif sahələrdə - kənd təsərrüfatı, nəqliyyat, energetika və maliyyə sahəsində ticari-iqtisadi əlaqələrin genişlənməsinə gətirib çıxaracaq”.

Çox oxunan xəbərlər
Son xəbərlər

19.10.2018

18.10.2018

17.10.2018

Müsahibələr
Arxiv
Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az