Sentyabr ayında 19 rayon və şəhərdə əmək yarmarkası keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən sentyabr ayında ölkənin 19 rayon və şəhərində (Abşeron, Ağcabədi, Ağdam, Ağdaş, Astara, Balakən, Beyləqan, Bərdə, Biləsuvar, Cəlilabad, Goranboy, Qobustan, Lənkəran, Salyan, Tovuz, Ucar, Yardımlı, Zaqatala, Zərdab) işaxtaran və işsiz vətəndaşların münasib işlərlə təmin olunması məqsədilə əmək yarmarkaları keçirilib.

Mediainfo.az-ın ƏƏSMN Mətbuat Xidmətindən aldığı məlumata görə, yarmarkalarda ümumilikdə 408 müəssisə üzrə 5104 vakant iş yeri təqdim edilib.  İşaxtaran və işsiz vətəndaşlara vakant iş yerləri təqdim olunan işəgötürənlərin nümayəndələri ilə birbaşa ünsiyyət imkanı yaradılıb. Bu aktiv məşğulluq tədbirlərində işaxtaran və işsiz vətəndaşlara seçimləri üzrə və peşə bacarıqlarına, əmək vərdişlərinə uyğun vakant iş yerlərinə 1208 göndəriş verilib.

Peşə və ixtisası olmadığından özünə münasib iş yeri tapa bilməyən, yaxud peşə bacarığına uyğun iş olmadığı üçün peşəsini dəyişmək istəyən 85 nəfər peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilmək üçün qeydiyyata alınıb. 50 nəfər isə istəklərinə uyğun olaraq ödənişli ictimai işlərə göndərilib.

Çox oxunan xəbərlər
Son xəbərlər

10.12.2018

09.12.2018

08.12.2018

07.12.2018

06.12.2018

Müsahibələr
Arxiv
Dekabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az