Sentyabr ayında 238 nəfər haqqı ödənilən ictimai işlərə cəlb olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin məşğulluq mərkəzləri tərəfindən sentyabr ayında 238 işaxtaran və işsiz vətəndaş haqqı ödənilən ictimai işlərə cəlb olunub.

Mediainfo.az-ın ƏƏSMN Mətbuat Xidmətindən aldığı  məlumata görə, onlardan 44-ünün əmək haqqı xərcləri məşğulluq mərkəzləri tərəfindən maliyyələşdirilib, 194-ünün əmək haqqı xərcləri müəssisə tərəfindən ödənilib.

Haqqı ödənilən ictimai işlərə Naxçıvan MR üzrə 50, Gəncə şəhəri Nizami rayonu üzrə 15, Ağstafa rayonu üzrə 3, Daşkəsən rayonu üzrə 10, Qazax rayonu üzrə 16, Qax rayonu üzrə 10, Qəbələ rayonu üzrə 4, Ağcabədi rayonu üzrə 12, Beyləqan rayonu üzrə 22, Hacıqabul rayonu üzrə 20, Tərtər rayonu üzrə 20, Xocavənd rayonu üzrə 12 , Şamaxı rayonu üzrə 44 nəfər cəlb olunub.

Haqqı ödənilən ictimai işlər – işsiz şəxslərin müvəqqəti məşğulluğunu təmin etmək məqsədi ilə təşkil edilən ilkin peşə hazırlığının olmasını tələb etməyən ictimai faydalı xarakter daşıyan iş yerləridir.

Çox oxunan xəbərlər
Son xəbərlər

13.12.2018

12.12.2018

Müsahibələr
Arxiv
Dekabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az