Rusiyanın Ermənistana satdığı qazın qiyməti dəyişməyəcək

Ermənistan əvvəlki kimi Rusiyadan təbii qazın 1 min kubmetrini 150 dollara alacaq.

Mediainfo.az-ın verdiyi xəbərə görə, bu barədə Ermənistan parlamenti mətbuat xidmətinin yaydığı məlumatda bildirilir. Məlumatda qeyd edilir ki, 2018-ci il dekabr ayının 31-nə kimi Ermənistan Rusiyadan təbii qazı əvvəlki qiymətlə almaqda davam edəcək: "Ermənistan parlamentinin sabah keçiriləcək iclasında Rusiya ilə Ermənistan arasında 2013-cü il dekabr ayının 2-də imzalanan qaz alqı-satqısı ilə bağlı anlaşma müzakirə ediləcək. Məqsəd Rusiyadan alınan qazın qiymətinin əvvəlki səviyyəsində saxlanılmasına nail olmaqdır. Bununla əlaqədar yeni anlaşmanın hazırlanması və iki ölkə arasında imzalanması nəzərdə tutulur".

Ekspertlərin fikrincə Qərbyönümlü siyasət yeridən Paşinyana münasibətdə Putinin artıq təzyiq vasitəsindən əl çəkdiyini nümayiş etdirməsi Rusiyanın Ermənistana satacağı qazın qiymətində dəyişiklik olmayacağını göstərir  

Çox oxunan xəbərlər
Son xəbərlər

21.10.2018

20.10.2018

19.10.2018

18.10.2018

Müsahibələr
Arxiv
Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az