Türkiyədəki "Star" neft emalı zavodu işə düşür

SOCAR-ın Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda, “Petkim PetroKimya Holding A.Ş.”nin ərazisində tikilən “Star” neft emalı zavodu bu gün fəaliyyətə başlayır.

Türkiyənin emal olunmuş neft ehtiyacının 25 faizini qarşılayacaq zavodun real sektorun bir sahəyə qoyduğu ən böyük investisiya olduğu qeyd olunub.

Məlumata görə, illik 10 milyon ton xam neft emal etmək gücünə malik zavod bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə keçiriləcək açılış mərasimi ilə fəaliyyətə başlayacaq.

“Star” Türkiyədə ilk dəfə Strateji Təşviq sənədi alan şirkət kimi tarixə düşüb. Zavod Türkiyənin hər il neft məhsulları idxalından 1.5 milyard dollar qənaət etməsinə zəmin yaradacaq.

İnşaatında 3 mindən artıq mühəndis, 14 ölkədən 19 min 500 işçinin çalışdığı zavod fəaliyyətə başladıqdan sonra 1100 nəfəri işlə təmin edəcək. (axar.az)

Çox oxunan xəbərlər
Son xəbərlər

21.11.2018

20.11.2018

19.11.2018

Müsahibələr
Arxiv
Noyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az