Azərbaycanda qay sayğacı çatışmır

Son zamanlar mənzilinə qaz sayğacı quraşdırmaq istəyən vətəndaşların şikayətləri artıb. Çünki vətəndaşlar əvvəldən ödəniş etsələr də, onların mənzillərinə qaz sayğacları quraşdırılmır. Qanunda isə nəzərdə tutulur ki, vətəndaş ödənişi həyata keçirdikdən sonra 22 gündən çox olmamaq şərti ilə onun mənzilinə işi həyata keçirən podratçı şirkət qaz sayğacı quraşdırmalıdır. Lakin redaksiyamıza daxil olan müracətlər əsasında məlum oldu ki, elə vətəndaş var ki, 1 aydır ödəniş edib, amma sayğacı gətirib quraşdırmırlar. Səbəbi soruşanda podratçı şirkət bunu ölkədə qaz sayğaclarının olmaması ilə əlaqələndirir.

Görəsən aidiyyatı qurumlar sərt qış aylarının gəlməsini nəzərə almırmı, bu qədər səhlənkarlığa niyə yol verirlər?

Modern.az məsələnin aktuallığını nəzərə alaraq,”Azəriqaz”ın mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayevlə əlaqə saxlayıb.

“Azəriqaz” sözçüsu bildirib ki, qaz sayğacları Azərbaycana xarici ölkələrdən gətirilir:

“Qaz sayğacları xaricdən gətirilir. Onun sazlığı ölkəmizdə təşkil olunan laboratoriyalarda yoxlanılır və daha sonra qaz xətləri üzərində quraşdırılır. Hazırda xaricdən qaz sayğaclarının gətirilməsi və ölkədə yoxlanılması prosesi gedir. Bütün bu işlər başa çatdıqdan sonra işləməsi məqbul sayılan qaz sayğacları işi həyata keçirən podratçı şirkətlərə paylanılacaq. Hazırda ləngimələrdə bununla əlaqadardır”.

Çox oxunan xəbərlər
Son xəbərlər

23.01.2019

22.01.2019

Müsahibələr
Arxiv
Yanvar 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az