Ekspert qaranlıq məsələlərə aydınlıq gətirdi

Son günlər sahibkarlara tətbiq edilən vergilərin dəyəri, bu sahədə güzəştlərin tətbiq edilməsi barədə suallar yaranıb. Bundan başqa, xidməti müqavilə ilə bağlı yeniliklər tətbiq edilir. Bu yeniliklər barədə də müəyyən qaranlıq məsələlər yaranıb.

 

Ən mühüm məsələlərdən biri də neftin qiymətindəki azalmalardır. Bu və digər suallara tanınmış iqtisadçı ekspert Vüqar Bayramov cavab verib.

 

1. Təklif olunan gəlir vergisi üzrə güzəştlər necə və kimlərə tətbiq olunacaq?

Təklif edilən dəyişikliklərə görə, aylıq gəliri 8 min manatadək olanlar üçün gəlir vergisində 100 faiz, 8 min manatdan yüksək olanlar üçün isə 44 faiz güzəşt tətbiq ediləcək.

Güzəştlər 7 il müddətində qüvvədə olacaq. Bu o deməkdir ki, 8 min manatadək əmək haqqı alanlar, yəni işləyən vətəndaşlarımızın böyük əksəriyyəti gəlir vergisi ödəməyəcək.

Bununla belə, sosial ödənişin işçi ilə işəgötürən arasında bölüşdürülməsi təklif edilir. Bu o deməkdir ki, işçi gəlir vergisindən azad edilsə də sosial vergi ödəyəcək.

İlkin məlumatlara görə, sosial ödəniş faizi hazırki gəlir vergisi dərəcəsindən az olacaq, amma onun iki rəqəmli olacağı gözlənilir. Güzəştlər qeyri-neft və qeyri-dövlət sektorunda çalışanlara şamil ediləcək.

2. Xidməti müqavilə ilə bağlı hazırlanan yeni qaydalar nələri əhatə edir?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hazırladığı yeni qaydalar əmək müqavilələri kimi xidməti müqavilələri ilə çalışanların siyahısı elektron şəkildə hazırlanacaq.

Yəni, xidməti müqavilələr də elektronlaşacaq. Təklifə əsasən, eyni müəssisədə ardıcılıl aylar çalışan və xidməti müqavilə ilə çalışan işçilər əmək müqaviləsi ilə işləyəcəkllər. Onlara xidməti müqavilə çalışmaq imkanı verilməyəcək.

Məsələn, eyni müəssisədə standard iş qrafikinə uyğun olaraq 1 il ardıcıl çalışan vətəndaşlara xidməti müqavilə ilə çalışmaq imkanı verilməyəcək. Bu qaydalar qəbul olunarsa xidməti müqavilə ilə çallşanların sayının kəskin azalacağı və həmin şəxslərin daha çox məcburi ödəniş edəcəyi gözlənilir.( baku.vvs)

 
Çox oxunan xəbərlər
Son xəbərlər

21.11.2018

20.11.2018

19.11.2018

Müsahibələr
Arxiv
Noyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az