Vətəndaşlara pulsuz tinglər paylanılacaq

Ölkə prezidentinin yeni yaşıllıqların salınması ilə bağlı tövsiyə və göstərişlərinə uyğun olaraq ağac əkilməsinin təşviqi məqsədilə  “Hər ailə ağac əksin” devizi altında bayram günlərində vətəndaşlara Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən pulsuz ağac tingləri paylanılacaq.

Mediainfo.az-ın verdiyi məlumata görə, aksiya  09, 12, 17 noyabr 2018-ci il tarixlərində saat 10:00-dan 12:00-dək Xırdalan şəhəri və Saray, Ramana, Hövsan qəsəbələrində keçiriləcək və müxtəlif cinsli ağac tingləri vətəndaşlara paylanılacaq. Ağacların əkilməsi və qulluq göstərilməsi qaydalarına dair vətəndaşlara ETSN-nin mütəxəssisləri tərəfindən tövsiyyələr veriləcək.

Ağac tingləri Xırdalanda 1 nömrəli məktəbin, Ramanada 316 nömrəli məktəbin həyətlərində, Sarayda Vəli Axundov adına parkda, Hövsanda Hövsan parkında paylanılacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi vətəndaşları aksiyada fəal iştirak etməyə çağırır.

Çox oxunan xəbərlər
Son xəbərlər

20.11.2018

19.11.2018

Müsahibələr
Arxiv
Noyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az