Rusiyada tənəzzül başlayıb: Bunun cəzasını çəkirik

ABŞ-ın tətbiq etdiyi sanksiyaların rus həyatına və iqtisadiyyatına xüsusi təsiri haqda danışmağa dəyməz. Rusiyada iqtisadi tənəzzül və əhalinin yoxsullaşması prosesi tədricən baş verir və bu, xüsusən yeni ildən özünü göstərəcək.

Mediainfo.az-ın verdiyi xəbərə görə, bu sözləri axar.az-a rusiyalı politoloq Aleksandr Sıtin ABŞ sanksiyalarına qarşı Rusiyanın liderliyində hər hansı bir antiamerika koalisiyasının qurulması haqda danışarkən deyib. Ekspert bildirib ki, Rusiya hökuməti və mətbuat hər şeyin yaxşı olduğunu deyir, lakin reallıq fərqlidir:

“Sosioloji xidmətlər sorğular keçirir, nəticələr insanların xoşbəxt olduğunu göstərir, reallıqdan daha xoş bir təsvir yaranır, lakin bu, reallıqda belə deyil. İnsanlar heç nə anlamır, öz səfilləşmələrinin Rusiya hökumətinin avantürist, absurd xarici siyasəti ilə heç bir əlaqəsi olmadığını düşünür. Daha dəqiq desək, Rusiya xalqı başa düşmür ki, kasıblıqlarının səbəbi Krım, Suriya, Donbas və başqa ərazilərin cəzasıdır.

Antiamerika koalisiyasına gəldikdə isə, mənim fikrimcə, bu, ancaq Rusiya Federasiyası Prezidenti yanında Təhlükəsizlik Şurasının üzvlərinin xəstə beyinlərinin məhsuludur. Heç bir koalisiya mövcud deyil, Rusiyanın enerji resurslarının ixracına əsaslanan bir sıra taktiki iqtisadi razılaşmalar var. Bu razılaşmaların məqsədlərində heç bir siyasi və ya hərbi tərkib hissəsi yoxdur. Bir az ciddi siyasi məsələlərdə müttəfiq adlananlar sırasında heç bir ortaq məxrəc yoxdur. Hansı koalisiyadan danışmaq olar?”

Çox oxunan xəbərlər
Son xəbərlər

09.12.2018

08.12.2018

07.12.2018

06.12.2018

Müsahibələr
Arxiv
Dekabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az