Vergi ödənişləri yanvarın 1-dən artır - Video

2019-cu ildən etibarən xidməti müqavilə ilə işləyənlərin vergi və DSMF ödənişləri artacaq.

Real TV-nin məlumatına görə, bu "Sosial sığorta haqqında" qanuna və Vergi Məcəlləsinə ediləcək dəyişikliklərə əsasən olacaq.

"Sosial sığorta haqqında" qanuna nəzərdə tutulan dəyişikliyə əsasən, gələn ildən etibarən mülki hüquqi xarakterli müqavilələrlə (yəni xidməti müqavilə ilə) işləyənlər üzrə ödəmə gəlirin həcmindən asılı olacaq.

Bu şəxslər mənbəyindən tutulmaqla gəlirlərinin 25%-ə qədərini DSMF-ə ödəniş etməli olacaqlar. Yəni 1 yanvar 2019-cu ildən etibarən xidməti müqavilə ilə ayda 600 manat ödəniş alan şəxsin DSMF ödənişi 150 manat təşkil edəcək.

Artım vergi ödənişində də müşahidə ediləcək. Vergi Məcəlləsinə edilən və yanvarın 1-dən qüvvəyə minəcək dəyişikliklərə görə, 600 manat maaş alan şəxsin qazancının 75%-i (yəni 450 manatı) güzəşt sayılmaqla, qalan 25%-i (yəni 150 manatı) 20%-lə vergiyə cəlb ediləcək. Nəticədə həmin şəxs 30 manat vergi ödəyək.

Çox oxunan xəbərlər
Son xəbərlər

09.12.2018

08.12.2018

07.12.2018

06.12.2018

Müsahibələr
Arxiv
Dekabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az