Dəhşətli təbiət hadisəsinin XƏBƏRÇİSİ: 20 dəqiqədə ABŞ, Kanada, Afrika və Havay...

Elm adamları Sakit okeanın dibindən gələn və mənbəyi məlum olmayan bir uğultunu müəyyən ediblər.

Bu barədə "Milli Coğrafiya” (National Geographic) nəşri informasiya yayıb.

Xəbərə görə, uğultunun mənbəyi Mayotte adasından 24 km uzaqda yerləşir. Oradan dalğalar, təxminən, 11 min km yol qət edərək Afrika, Cənubi Amerika, Yeni Zalandiya, hətta Kanada və Havay Adalarının sahillərinə qədər gedib çatıb. Uğultu 20 dəqiqədən çox davam edib.

Naməlum hadisənin təbiətinə diqqət çəkən elm adamları dalğaların aşağı tezlikli və tək rəngli, yəni müəyyən və sabit tezliyə malik olduğunu deyib. Bu tip uğultular, adətən, son dərəcə böyük zəlzələlərin avterşoklarından qaynaqlanır. Lakin son zamanlarda bu tip böyük zəlzələ meydana gəlməyib.

ABŞ-ın Kolumbiya Universitetinin anormal zəlzələlər üzrə ixtisaslaşmış seysmoloqu, professor Qoran Ekström daha öncə buna bənzər bir hadisə ilə rastlaşmadığını bildirib.

Dalğaların qaynağını müəyyən edə bilməyən mütəxəssislər Mayotte adasının altında maqmaların hərəkətlənməsi, zəif zəlzələ və ya su altında olan bir vulkanın püskürməsi kimi ehtimallar üzərində düşünürlər./publika.az

Çox oxunan xəbərlər
Son xəbərlər

12.12.2018

11.12.2018

Müsahibələr
Arxiv
Dekabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az