Bakıda yerüstü metro tikiləcək

Tramvay avtobusa nisbətən daha keyfiyyətli nəqliyyat növüdür.

Ancaq müasir tramvay sisteminin tikintisi kifayət qədər baha başa gəlir.

Bu fikirləri Azərbaycan Milli Avtomobil klubunun şəhər nəqliyyatı üzrə mütəxəssisi Hüseyn Abdullayev deyib.

Onun sözlərinə görə, onlar 300-dək sərnişin daşıya bilir, yüksək sürəti var və bütün lazımi avadanlıqla təchiz olunub.

"Müqayisə üçün qeyd edim ki, bir metro xəttinin tikintisi tramvay xəttinin tikintisindən baha başa gəlir. Buna görə də mən tramvayların bərpa edilməsini dəstəkləyirəm. Bundan başqa, Bakıda müasir, sürətli nəqliyyat sisteminin tikintisi hər cür şərait var”, - H.Abdullayev bildirib.

Ekspert elektrik qatarlarının bərpası məsələsinə də toxunub:

"Bu ilin martında Azərbaycan prezidenti İlham Əliyev Bakı şəhərətrafı dəmir yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Artıq elektrik qatarları üçün dəmiryolu xətlərində yenidənqurma işləri aparılır. Belə ki, Bakı dairəvi dəmir yolu xətti üzrə, eləcə də, Maştağa qəsəbəsi, Bağlar massivi, Zirə və Hövsan istiqamətlərində hərəkətlərin bərpası planlaşdırılır.

Xatırladaq ki, yayın sonunda Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev demişdi ki, Bakının Baş planı çərçivəsində müvafiq dövlət strukturları ilə birlikdə tramvay xətlərini bərpası ilə bağlı müzakirələr aparılacaq. Faktiki olaraq ikinci olacaq, ancaq yerüstü metro şəhərin bütün nəqliyyat sistemi üçün olduqca əlverişlidir”.(media.az)

Çox oxunan xəbərlər
Son xəbərlər

12.12.2018

11.12.2018

Müsahibələr
Arxiv
Dekabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az