“Azəriqaz” İB bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək.

SOCAR-in “Azəriqaz” İstehsalat Birliyi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları münasibəti ilə 29 dekabr 2018-ci il tarixindən başlayaraq 03 yanvar 2019-cu il tarixədək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Mediainfo.az-a "Azəriqaz"dan verilən xəbrə görə, bayram günlərində istehlakçıların təbii qazla fasiləsiz və keyfiyyətli təmin edilməsi, eləcə də “Qaz təsərrüfatında təhlükəsizlik Qaydaları”nın tələblərinə uyğun olaraq qaz təchizatı sisteminə nəzarəti gücləndirmək məqsədi ilə Birlik tərəfindən zəruri tədbirlər həyata keçiriləcək. Belə ki, Birliyin müvafiq şöbələrində, Bakı Regional Qaz İstismarı Departamentində, Sumqayıt Qaz İstismar Sahəsində və Regional Qaz İstismar İdarələrində, həmçinin xidmət sahələrində məsul şəxslərdən ibarət sutkalıq növbətçilik təşkil olunacaq. 

“Azəriqaz” İstehsalat Birliyinin “185” və “104” Çağrı Mərkəzlərinə daxil olacaq vətəndaş müraciətlərinin icrasının təmin edilməsi  ilə əlaqədar, sutkada 24 saat fəaliyyət göstərən “Çağrı Mərkəzi”nin fəaliyyəti gücləndiriləcək, abonentlərin fasiləsiz olaraq təbii qazla təmin edilməsi məqsədi ilə qaz sayğaclarında mümkün ola biləcək istənilən texniki nasazlıqlar nəticəsində onların yeni smart tipli sayğaclarla əvəz olunmasından sonra, yeni smart kartların verilməsi, müqavilələrin bağlanması və abonentlərə “ASAN Kommunal” standartlarına uyğun xidmətlərin göstərilməsi 2018-cı il dekabr ayının 30-dan, 03-yanvar 2019-cu il tarixinədək həyata keçiriləcək. (Xidmətlərin göstəriləcəyi ünvanlar;”Azəriqaz”İB-nin İdarəetmə aparatı ünvan:Bakı şəhəri Xətai rayonu Yusif Səfərov küçəsi 35 və Bakı Regional Qazın Satışı Departamenti ünvan:Babək proospekti 22/24)

“Azəriqaz” İstehsalat Birliyi bütün təbii qaz istehlakçılarını bayram münasibətilə təbrik edir və istehlakçılardan bayram günlərində təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmağı, texniki təhlükəsizlik qaydalarına ciddi riayət etmələrini xahiş edir. 

Çox oxunan xəbərlər
Son xəbərlər

18.03.2019

15.03.2019

14.03.2019

Müsahibələr
Arxiv
Mart 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az