"Azərbaycanda heç bir devalvasiya gözlənilmir".

"Əgər dünyada neftin qiyməti 40-45 dollar səviyyəsinə enərsə, o zaman bu Azərbaycanda da müəyyən problemlər yarada bilər. Ancaq yaxın zamanlarda bu gözlənilmir".

Mediainfo.az-ın verdiyi xəbərə görə, bu fikirləri "Ölkə.Az"a açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı alim Vahid Əhmədov bildirib. 

V.Əhmədov deyib ki, hazırda neftin qiymətində elə ciddi ucuzlaşma yoxdur.

Deputat qeyd edib ki, bütövlükdə Azərbaycanın kifayət qədər valyuta ehtiyyatı var. 

Onun sözlərinə görə, hazırda Azərbaycanın 45 milyard dollara yaxın valyuta ehtiyyatı mövcuddur:

 

"Eyni zamanda pul-kredit siyasətinə Mərkəzi Bank tərəfindən nəzarət edilir. İdxal-ixrac əməliyyatlarında isə ixrac idxalı üstələyir. Yəni, yaxın müddətdə mən Azərbaycanda iqtisadi gərginliklər gözləmirəm. Xüsusilə də 2019-cu ilin birinci rübünədək manatın qorunub saxlanılması mümkün olacaq. Sonrakı vaxtlarda əgər neftin ucuzlaşması prosesləri güclənərsə, o zaman müəyyən problemlər yarana bilər. Amma hələlik Azərbaycanda heç bir devalvasiya gözlənilmir".

V.Əhmədov əlavə edib ki, dünyada gedən prosesləri diqqətlə izləsək görərik ki, son vaxtlar Rusiya, Türkiyə və İranda milli valyutaların ucuzlaşması prosesləri baş verir:

"Rusiya, Türkiyə və İran Azərbaycana qonşu olan dövlətlər olduğu üçün baş verən proseslər müəyyən qədər ölkəmizin iqtisadiyyatına da təsir göstərir. Ona görə də Dövlət Gömrük Komitəsi müəyyən mallara rüsumların miqdarını artırır ki, həmin mallar Azərbaycan bazarına daxil olmasın. İndi bu nə qədər doğru və yaxud doğru deyil, onu deyə bilmərəm. Mən bu barədə məlumatları mətbuatdan oxumuşam. Bu cür problemlər mövcuddur".

 

Çox oxunan xəbərlər
Son xəbərlər

24.03.2019

23.03.2019

22.03.2019

19.03.2019

18.03.2019

15.03.2019

Müsahibələr
Arxiv
Mart 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az