“Kərbala müsibətində 72 şəhiddən 4-ü Azərbaycan türkü olub...”

Araşdırmaçı professor, keçmiş “KQB” polkovniki Rövşən Novruzoğlunun gizli xarici arxivlərdəki mənbələr əsasında hazırlanmış  və tezliklə kitab halında nəşr olunacaq “Ölüm hüceyrələri və ya genetik ölüm...” adlı tədqiqat  əsərində  əsasən  XX əsrin əvvəllərindən bəri həm Azərbaycanı işğal altında saxlayan SSRİ adlı Rusiya imperiyasının, həm də Böyük Britaniya, ABŞ kimi “modern” impeiyaların xüsusi kəşfiyyat qurumlarının Azərbaycan xalqının zəngin genefondu üzərində apardığı  vəhşi qətliam və zorakılıqlarla müşayiət olunan amansız və qeyri-insani gizli tədqiqatlarının üzə çıxardığı ağlagəlməz özəlliklərdən, eləcə də ölkəmizin ayrı-ayrı sirli məkanlarını soykökümüzdə iz buraxan qeyri-adi xüsusiyyətlərindən bəhs edilir. Məlum olur ki, adı çəkilən imperiyalarla yanaşı, əksər xarici dövlətlər də Azərbaycan insanının əsl genomundan qorxduğundan bu xalqı hər vasitə ilə əzməyə, məhv etməyə çalışıb və çalışmaqdadır...

 

 

“Kremlin ölkəmizdəki epidemiya əməliyyatından sonra buna razılıq vermiş iki azərbaycanlı professor Azərbaycanda yüksək vəzifə aldı...”

“…Araşdırma materiallarına görə, 1955-ci il avqustun 19-da Kremldə keçirilmiş qapalı yığıncaqda (o yığıncaqda akademik O.M.Suxarev, M.M.Çak, genetik İ.N.Morqunov, mikrobioloq S.Ş.Eberman, toksikoloq L.M.Murskulov, kəşfiyyat generalı İ.S.Latınin, Ş.X.Umarov iştirak edirdilər) N.S. Xruşşov belə bir məsələ qoymuşdu:

 

“Nə üçün Avropanın, Asiyanın, Afrikanın, Amerikanın ən zəngin iş adamları, hökumət və dövlət başçıları Azərbaycanın yaşayış məskənlərindən ailə qurmağa can atırlar? Səbəbləri göstərin. Doğrudanmı, IX əsrdən üzü bəri dünya sərkərdələrinin 61 faizi azərbaycanlı anaların belindən gəlib? ABŞ Mərkəzi Kəşfiyyat idarəsində, eləcə də Böyük Britaniyanın «Mİ-6» Kəşfiyyat Mərkəzində bununla bağlı materialları oxumaq istəyirəm. İclası qələmə alan (arxiv üçün hazırlayan) polkovnik İ.M.Şavrov isə «Məxfi qeydlər»ində yazır: «Bu, gözlənilməz bir açıqlama idi…»

 

Mən mövzudan kənar çıxmaq istəmirəm. Amma xatırlatmaq yerinə düşər ki, Kərbala müsibətində 72 nəfərdən dördü Azərbaycan türkü olub. Onlardan biri Honər, yəni hünər indiki Naxçıvanda, Şərur ərazisində doğulub. Biri Yamən idi, indiki Gəncə ərazisində anadan olub. Biri Ərdəbildən idi, adını Heys çağırırdılar, birinə isə Rohən (Ruhən) deyirdilər. Fikrimcə, bu tarixi zaman-zaman saxtalaşdırıblar. Amma baxın, ərəb və ingilis səyyahlarının yazdıqlarına. Ola bilsin, bu məsələyə yenidən qayıtdım. Çünki bütün bunlarda dünyanı mat qoyan və bu gün də düşündürən genetik kodlarımızın kəşf olunmamış əlamətləri var…

                                                          

Sovet kəşfiyyatçıları aktivləşdi…

   

Qayıdıram əsas mövzuya. Çünki N.S.Xruşşovun verdiyi sərəncamı hansısa səbəbdənsə nə tarixçilərimiz, nə də səhiyyəmiz araşdırıb…

 

 

Araşdırma materiallarına görə, 1955-ci il sentyabrın 10-dan başlayaraq Sovet İttifaqı kəşfiyyatçıları dünyanın ən məşhur arxivlərində, kitabxana və muzeylərində axtarışa çıxdılar… Londonda nəşr olunan «Daily Mail» qəzeti 1955-ci ilin sentyabırn 29-da «Axtarış» yazısında məhz bu məsələni şərh edərkən qeyd edir:

 

«… Kremlin son ünvanı açıqlandı. Nikita Xruşşov İ.Stalindən fərqli olaraq Sovet İttifaqındakı qorxu və bəlaların köklərini öyrənməyə cəhd edir. İndi dünyanın əksər ölkələrində rus kəşfiyyatçıları öz işlərində yeni bir səhifə yaratmağa cəhd edirlər. Bu mümkündürmü? London və Vaşinqton… İllərdən bəri qoruyub saxladıqları materialları ruslara verərlərmi? Bu ərəfədə siyasi büro yeni bir məsələni müzakirəyə çıxaprtdı. Araşdırma materialları sırasında kəşfiyyat mayoru M.A.Aleksandrovun şəxsi arxivi üçün nəzərdə tutduğu on iki səhifəlik materialı maraqlı idi. Səbəbi bilinmədən Kremldən (Daxili Təhlükəsizlik zabiti idi) qovulan M.A.Aleksandrov dostu və silahdaşı professor İ.D.Yakova ünvanladığı məktubunda yazır:

 

«Mən Kremldən qovulandan sonra ən yaxınlarım belə məni tərk etdilər. İmkanın vasa, mənə bir az çörəkpulu ver. Neçə vaxtdır Moskvadakı xaricilər arxamca sürünürlər ki, onlarla əlbir olum. Mən isə vətənimi sevirəm. Vətənim təkcə Kremldən və Siyasi Bürodan ibarət deyil ki… Uşaqlarımı da məktəbdən qovublar. Arvadım Zinaida isə əlil olduğu üçün işləmir. İvan Dmitriyeviç, siz həmişə mənə mərhəmətli olmusunuz. Mən Xruşşovla Stalini müqayisə edə bilmirəm. Sizə aləmizin çoxlu salamlarını çatdırıram»

 

Məlumata görə, Leninqrad Universitetində dərs deyən professor iki aylıq maaşını və xeyli ərzağı  tələbələri vasitəsilə kəşfiyyat mayoru M.A.Aleksandrova göndərir və onu üstündə «Şəxsən» yazılmış məktub da qoyur.»

 

Araşdırma materiallarına görə, Kremldə epidemiya əleyhinə eksperimentlər keçirilən ərazilərin, yaşayış məntəqələrinin seçilməsində iki nəfər Azərbaycan aliminin (həkim-professorun) da razılıq imzası alınmışdı. Epidemiya əməliyyatından sonra həmin alimlər Azərbaycanda yüksək kürsülərdə göründülər...

 

Epidemiya əməliyyatı üçün 3 zona seçilmişdi. Hər üç zona strateji zona elan olunmuşdu. Birinci yaşayış zonası kimi Astara rayonu, ikinci yaşayış zonası kimi Qazax-Ağstafa nəzərdə tutulmuşdu. Üçüncü yaşayış zonası isə Bərdə-Yevlax ərazisi idi. Məlumata görə, hər zonaya 1955-ci ilin oktyabrın 28-dən başlayaraq Moskvadan, Kiyevdən və Rostovdan həkim qrupları dəvət olunmuşdu. Uzun müddət bu gəlişlər barədə hamı susurdu. Bəzi yerlərdə elə təbliğat gedirdi ki, guya müxtəlif rus şəhərlərindən gələn həkim qrupları Azərbaycanı bürüyə biləcək xəstəliklərdən qorumaq üçün gəliblər. Elə buna görə də hər yerdə Rusiyadan gələn həkimlər üçün zyafətlər təşkil olunur, süfrələr açılırdı. Yaşayış məntəqələrində adamlar ən yaxşı yerlərini onlar üçün ayırırdılar.

 

Professor İvan Dimitriyeviç Jakov isə dostu M.A.Aleksandrova yazdığı məktubda qeyd edirdi: «Mən səni bağrıma basıram, Matvey Alekseyeviç. Ona görə ki, sən Azərbaycanla bağlı tarixin murdar səhifəsində iştirak etmədin. Mənim həkim dostlarım əvvəlcədən nəzərdə tutduqları ərazilərdə vəba viruslarını yayacaqlar. Bunun üçün Qazaxdakı (Gürcüstan sərhədi)  1 nömrəli, Bərdə regionundakı 3 nömrəli (Bu şəhər əvvəllər Azərbaycanın paytaxtı olub) uşaq bağçaları və yetimxanalar seçilib. Bu süni yoluxmalar kütləvi şəkildə davam edəcək. Bu faciədir, Matvey. Genetik faciə…».

 

Araşdırma materiallarına görə professor, ixtisasca bioloq olan İ.D. Jakov da bu ekspkdisiyaların birində olmalı idi. Sınaq zonaları iqlim fərqlərinə görə seçilmişdi.

 

Məlumata görə, Bərdə yaşayış məntəqəsində ilk sınaq virusu 1955-ci ilin noyabrın 19-da saat 14.20-dəqiqədə uşaq bağçasında və rayonun 1 saylı məktəbində tətbiq edildi. Bərdəlilər isə bütün bunlardan xəbərsiz idilər…

 

(Davamı var)

Çox oxunan xəbərlər
Son xəbərlər

19.03.2019

18.03.2019

15.03.2019

Müsahibələr
Arxiv
Mart 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az