Həyət evi alarkən — Diqqətli olun! - VİDEO

Paytaxt Bakıda mənzilə olan tələbatın yüksək olması bəzən fırıldaqçılıq hallarını da artırır. Əsasən də fərdi ev bazarında belə hallara tez-tez rast gəlinir. Hansısa işbaz daha tez və çox pul qazanmaq üçün tələm-tələsik və keyfiyyətsiz fərdi evlər tikməklə satışa çıxarır. Elə növbəti süjetimiz də bu barədədir.

Qısa zamanda tikilir. Alıcı cəlb etmək üçün digər evlərlə müqayisədə daha ucuz qiymətə təklif edilir.

Belə evlər əsasən paytaxtın kənd və qəsəbələrində inşa olunur. Bəzən məhəllə formasında tikilən belə evlərin həyətləri balaca və layihələri eyni olur. Bir çox hallarda bu evlərin keyfiyyəti də şübhə doğurur.

Əmlak məsələləri üzrə ekspert Nofəl Quliyev deyir ki, vətəndaşlar belə evləri alarkən diqqətli olmalıdırlar. Çünkü bu evlərin bəziləri daha tez pul qazanmaq məqsədi ilə işbazlar tərəfindən ucuz materiallarla və cəmi bir neçə həftəyə inşa edilir. Əslində isə 1 evin tikilib ərsəyə gətirilməsinə minimum 3 ay vaxt sərf edilməlidir. Çünkü tikinti zamanı bəzi materialların quruması vacib hesab edilir. Bu evləri alan zaman bir sıra nüanslara diqqət etmək lazımdır.

Keyfiyyətsiz evlərin fəsadları da çox ağır olur və aradan qaldırılması da baha başa gəlir.

Nofəl Quliyev həmçinin deyir ki, bu evlərin sənədləşməsində də müəyyən problemlər yarana bilər.

Vətəndaşlara həmçinin məsləhət görülür ki, bu tipli evləri hansısa qeyri-peşəkar fərdi şəxslərdən yox, tikinti sektoru üzrə ixtisaslaşmış tikinti şirkətlərindən alsınlar.

 

 

Çox oxunan xəbərlər
Son xəbərlər

19.04.2019

18.04.2019

17.04.2019

Müsahibələr
Arxiv
Aprel 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az