Ziya Məmmədovun avtobusları satılmır

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi növbəti dəfə vaxtilə istifadə edilən Almaniya və Koreya istehsalı avtobusları hərraca təqdim edib.

Əmlak Məsələləri Dövlət Komitəsi dördüncü dəfə sözügedən nazirliyin avtobusları üçün hərrac keçirəcək.

Nazirliyin Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili MMC-nin tabeli təşkilatı olan 3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi MMC bu dəfə də hərraca ümumilikdə 35 avtomobil çıxarıb. Onlardan 27-si “Daevoo BC212MA” markalı avtobus, 8-i isə “Man Lion S Klassik A-74” avtobuslardır. 2008-2009-cu il istehsalı olan bu avtobuslar Azərbaycana 2008-2010-cu illərdə gətirilib.

İlk hərracda 22.500 manata təqdim edilən “Man Lion S Klassik A-74” avtobusları dördüncü hərracda 18.750 manata təqdim edilib. 12.150 manata təqdim edilən “Daevoo BC212MA” avtobusları isə bu dəfə hərraca 10.125 manata çıxarılıb.

Yeri gəlmişkən onu da qeyd edək ki, hazırda nazirliyin hərraca təqdim etdiyi avtobusları indi fəaliyyəti ləğv edilən Nəqliyyat Nazirliyi gətirtmişdi.( axar.az)

Çox oxunan xəbərlər
Son xəbərlər

20.02.2019

19.02.2019

18.02.2019

Müsahibələr
Arxiv
Fevral 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az