Bakı-Gəncə sürət qatarında qiymət ucuzlaşır

Ötən il dekabrın 30-dan etibarən istifadəyə verilən Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarına daha çox sərnişinlərin cəlb edilməsi və onların məmnunluğunu qazanmaq məqsədilə keçirilən sorğular nəticəsində “Azərbaycan Dəmir Yolları” QSC sözügedən marşruta mühüm dəyişikliklər tətbiq edəcək.

Mediainfo.az-ın verdiyi xəbərə görə, QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Azərtac-a bildirilib ki, qatarın hərəkət qrafiki və gediş haqqı tarifləri ilə bağlı yeniliklər bu il fevralın 4-dən etibarən həyata keçiriləcək.

Belə ki, bu vaxta qədər günaşırı hərəkətdə olan Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarı fevralın 4-dən başlayaraq hər gün reysə çıxacaq və yeni cədvələ uyğun olaraq saat 08:45-də Bakıdan Gəncəyə və elə həmin gün saat 17:00-da Gəncədən Bakıya yola düşəcək. Qatarın yolda olma vaxtı isə azaldılaraq 4 saat 15 dəqiqə təşkil edəcək.

Gediş haqqı tariflərinə gəlincə, standart vaqonlarda qiymət 15 manatdan 10 manata endiriləcək. Birinci sinif (first class) və biznes vaqonlarda isə gediş haqqı dəyişilmədən saxlanılacaq. Standart vaqonlarda səhər yeməyinin və sərinləşdirici içkilərin pulsuz verilməsi isə dayandırılacaq. Sərnişinlər istədikləri zaman qatarda yerləşən pullu avtomat köşklərdən istifadə edə bilərlər. Qeyd edək ki, birinci sinif və biznes vaqonlarda yemək, sərinləşdirici içkilərin verilmə qaydası dəyişməz qalacaq.

Çox oxunan xəbərlər
Son xəbərlər

17.02.2019

16.02.2019

15.02.2019

14.02.2019

Müsahibələr
Arxiv
Fevral 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az