600 minə yaxın insanın əməkhaqqı artacaq - VİDEO

Azərbaycanda 600 minə yaxın insanın əməkhaqqı artırılacaq.

Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq minimum əməkhaqqının məbləği gələn ayın 1-dən 38,4 faiz artırılaraq 180 manata qaldırılıb. Bu, dövlət sektorunda işləyən 450 min nəfərin əmək haqqında 30 faiz, özəl sektorda işləyən 150 min nəfərin əmək haqqında isə 25 faiz artımla özünü göstərəcək. Minimum əməkhaqqının artırılması ilə bağlı dövlət büdcəsindən illik 400 milyon manat, 2019-cu il üzrə isə 335 milyon manata qədər əlavə vəsait yönəldiləcək.

İqtisadçı ekspert Vüqar Bayramov bu artımın vətəndaşların sosial rifahını yaxşılaşdırmaq və işçilərin maddi tələbatlarının ödənilməsi üçün əhəmiyyətli rol oynayacağını bildirir.

Vüqar Bayramlının sözlərinə görə, bu addım eyni zamanda əmək münasibətlərinin leqallaşdırılması istiqamətində sağlamlaşdırıcı təsir göstərəcək.

Qeyd edək ki, son 15 ildə Azərbaycanda əmək haqları 7 dəfə, eləcə də minimum əmək haqları 6,5 dəfə artırılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

 

 

 

 


 

 

 

Çox oxunan xəbərlər
Son xəbərlər

17.02.2019

16.02.2019

15.02.2019

14.02.2019

Müsahibələr
Arxiv
Fevral 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az