“Azəriqaz”abonentlərə xəbərdarlıq edib

"Azəriqaz” İstehsalat Birliyi abonentlərə xəbərdarlıq edib.

Qurumdan Mediainfo.az-a verilən məlumata görə, son günlər Bakı şəhərinin müxtəlif ünvanlarında özünü "Azəriqaz” əməkdaşı kimi təqdim edən şəxs və ya şəxslər mənzillərdə quraşdırılmış Smart-kart tipli qaz sayğaclarının batareyasının dəyişdirilməsi və ya smart kartların "vaxtının keçməsi” kimi məsələləri bildirərək həmin "problemlərin” aradan qaldırılması üçün vətəndaşlardan müəyyən miqdarda pul tələb edirlər.

"Azəriqaz" İstehsalat Birliyi istehlakçıların nəzərinə çatdırır ki, Bakı şəhərində abonentlərə göstərilən bütün xidmətlər yalnız "ASAN Xidmət” və "ASAN Kommunal” mərkəzlərində həyata keçirildiyindən "Azəriqaz” İB-nin əməkdaşları öz xidməti vəsiqələrini göstərdikdən sonra ödənişsiz olaraq yalnız mənzillərdə yerləşən sayğaclara profilaktik baxış keçirə bilərlər:

"Sonda bir daha bildiririk ki, qeyd olunan hallarla rastlaşan vətəndaşlar yaşadıqları ərazi üzrə müvafiq polis bölməsinə müraciət etməlidirlər".

 

 

Çox oxunan xəbərlər
Son xəbərlər

24.03.2019

23.03.2019

22.03.2019

19.03.2019

18.03.2019

15.03.2019

Müsahibələr
Arxiv
Mart 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az