Bəzi dövlət qulluqçularının maaşları artırılıb

 Prezident İlham Əliyev “Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 mart tarixli 3787 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. 

Azadinform-un məlumatına görə, sərəncam “Minimum aylıq əməkhaqqının artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 8 fevral tarixli 937 nömrəli sərəncamının icrasını təmin etmək məqsədilə imzalanıb. 

“Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 mart tarixli 3787 nömrəli sərəncamında aşağıdakı dəyişikliklər edilib:

1-ci hissədə “165” rəqəmləri “200” rəqəmləri ilə əvəz edilsin;

həmin sərəncamla təsdiq edilmiş 2 nömrəli Əlavənin 2.4.1.1–2.4.1.4-cü yarımbəndlərində “185”, “175”, “170” və “165” rəqəmləri müvafiq olaraq “215”, “210”, “205” və “200” rəqəmləri ilə əvəz edilsin.

Sərəncam 2019-cu il martın 1-dən tətbiq edilir.

Çox oxunan xəbərlər
Son xəbərlər

18.06.2019

17.06.2019

16.06.2019

15.06.2019

Müsahibələr
Arxiv
Iyun 2019
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az