Sumqayıtda taksi sürücüləri etiraz aksiyası keçirir-Video

Sumqayıt şəhərində taksi sürücüləri etiraz edirlər.

Minval.info xəbər verir ki, “Maxim” və “Omega” taksi şirkəti ilə çalışan sürücülər bildirirlər ki, şirkət gedişhaqqı kimi təqdim etdiyi minumum qiymət çox azdır, bu da sürücülərə sərf etmir.

“Bakıda eyni şirkət, eyni məsafəyə görə 2.70 AZN istəyir, amma Sumqayıtda 1.30 AZN. Üstəlik bu 1.30-dan da 35 faiz özünə götürür. Belə haqsızlıq olar? Kilometrlərlə yol gedirik, sonda 90 qəpik bizə pul qalır. Bu maşın Bakıda da, Sumqayıtda da benzinlə işləyir. Niyə orada normal qiymətdir, bizdə ucuz? Biz benzini, maşının ehtiyyat hissələrini ucuz alırıq ki?” – deyən narazı sürücülər, problemlərinin həll olunmasını tələb edirlər.

Sürücülər bildiriblər ki, Sumqayıtda bir neçə taksi şirkəti fəaliyyət göstərir və hamısı da eyni şəxsə məxsusdur: “Fərqli nömrələr və adlarla eyni şəxsə məxsus şirkətlərdir. Hamısında da qiymət eynidir deyə bizim fərqli şirkətlə işləmək şansımız yoxdur”.

 

 

 
 
 
Çox oxunan xəbərlər
Son xəbərlər

25.03.2019

24.03.2019

23.03.2019

22.03.2019

19.03.2019

18.03.2019

15.03.2019

Müsahibələr
Arxiv
Mart 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az