"Badamdar qəsəbəsində qanunsuz tikililərlə bağlı çox böyük problemlər var"

“Badamdar qəsəbəsində yol nişanları, demək olar ki, yox səviyyəsindədir. Avtomobillər hər tərəfdən idarə olunur. Bu da insanların narazılığına gətirib çıxarır”.

Bunu Səbail rayon icra hakimiyyətinin başçısı Vüqar Zeynalov deyib.

İcra başçısı bildirib ki, məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyi ilə görüşləri olub: “Bakı Nəqliyyat Agentliyində Badamdar qəsəbəsində nəqliyyatın normal səviyyəyə gətirilməsi üçün bütün lazımi işlər görülür”.

V.Zeynalov qeyd edib ki, Badamdar qəsəbəsindəki III yaşayış massivində su və kanalizasiya çəkilişi işlərinin həyata keçirilməsinə görə “Azərsu” ASC-yə müraciət edilib: “Çünki biz istəyirik ki, artıq həmin ərazidə asfaltlama işlərinə başlanılsın. “Azərsu” ASC ilə danışıqlar gedir. Düşünürəm ki, yaxın 1 həftə -10 gün müddətində bizə cavab veriləcək. Əgər su və kanalizasiya sistemlərinin çəkilişinə başlansa, ondan sonra asfaltlama işlərinə başlanılacaq”.

İcra başçısı həmçinin deyib ki, Badamdar qəsəbəsində qanunsuz tikililərlə bağlı çox böyük problemlər var: “Biz bu məsələ ilə də bağlı çox ciddi mübarizə aparırıq”. Ona.az

 
Çox oxunan xəbərlər
Son xəbərlər

24.05.2019

23.05.2019

22.05.2019

Müsahibələr
Arxiv
May 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az